• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçıları İtaliyaya getdi

İcra başçıları İtaliyaya getdi
21.10.2014 11:41
Azərbaycan Respublikasının bir sıra şəhər və rayon icra hakimiyyətlərinin başçılarından ibarət nümayəndə heyəti İtaliyada işgüzar səfərdədir.ANN.Az-ın AzərTAc-a istinadən məlumatına görə, səfərin məqsədi İtaliyanın yerli idarəetmə sistemi ilə yaxından tanış olmaq, mövcud təcrübədən faydalanmaq və ikitərəfli regionlararası əməkdaşlığı gücləndirməkdir.Ağdam, Ağsu, Babək, Bərdə, Füzuli, Xocavənd, Laçın, Şamaxı, Tərtər, Tovuz rayon icra hakimiyyətlərinin başçılarından ibarət nümayəndə heyəti Roma şəhərinin parklar sistemi, tarixi abidələri, muzeyləri, sosial infrastrukturu və iqtisadi obyektləri ilə tanış olub.Daha sonra İtaliyanın Nazirlər Şurası yanında Regional məsələlər, muxtariyyətlər və idman departamentinin regional məsələlər şöbəsinin direktoru Covanni Vetritto ilə keçirilən görüşdə ölkələrimizin regionları arasında əlaqələrin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.Görüşdə iştirak edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bildirib ki, ölkələrimiz arasında əlaqələr inkişaf edir. Siyasi, mədəni, iqtisadi sahədə genişlənməkdə olan münasibətlərimiz dərin tarixi köklərə əsaslanır. Bu gün də ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir.Səfir dünyada hökm sürən maliyyə və iqtisadi böhrana baxmayaraq, son illər Azərbaycanın yüksək sosial-iqtisadi inkişaf səviyyəsinə nail olması, ölkəmiz ilə İtaliya arasında münasibətlər, Prezident İlham Əliyevin cari ilin iyulunda İtaliyaya səfərinin nəticələri və əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi barədə məlumat verib. “İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır”, - deyən V.Sadıqov siyasi sahədə əlaqələrimizin yüksək səviyyədə olmasının iqtisadi əməkdaşlığın da dinamik inkişafına müsbət təsir etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycanın iqtisadi siyasətində İtaliyanın regionları ilə əlaqələrin genişləndirilməsi xüsusi yer tutur.C.Vetritto Azərbaycan nümayəndə heyətinin İtaliyaya səfərindən məmnunluğunu bildirib. Səfərin iki ölkənin regionları arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb. O, ölkəsinin yerli idarəetmənin təşkil edilməsi, şəhər planlaşdırılması, şəhər təsərrüfatının idarəsi və digər mövzularla bağlı ətraflı məlumat verib.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident Administrasiyası regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Niyaz Əliyev deyib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT-nin və bir sıra nüfuzlu beynəlxalq təşkilatların erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasına çağıran qətnamələrinə hələ də əməl olunmur.N.Əliyev ölkələrimizin bir sıra şəhərləri arasında qardaşlaşma münasibətlərinin olduğunu xatırladıb. O, gələcəkdə bir hissəsi işğal altında olan şəhər və rayonlarımızın İtaliyanın bölgələri ilə qardaşlaşmasının əhəmiyyətini vurğulayıb.Oktyabrın 24-də başa çatacaq səfər çərçivəsində nümayəndə heyətinin İtaliyanın bir sıra şəhərlərinə səfərləri və merləri ilə görüşləri nəzərdə tutulub.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol