• $
  • €
  • ₽
  • ₺
  • £

İynə udduqda orqanizmdə nə baş verir?

İynə udduqda orqanizmdə nə baş verir?
21.12.2018 09:58
Xəbər verdiyimiz kimi, Şəmkirdə 28 yaşlı gənc günə 6-7 iynə udur.

O, mədəsində ağrılar olduğu üçün həkimə müraciət edib. Məlum olub ki, gəncin mədə-bağırsağı iynəylə doludur. Həkimlər əməliyyatın təhlükəli olduğunu deyir. Bu səbəbdən də nə edəcəklərinə hələ qərar verməyiblər.

Bu isə iynə udulması ilə bağlı ilk fakt deyil. Həm dünyada, həm də Azərbaycanda iynə və ya sancaq udulması barədə xəbərlərə rast gəlmişik.

Medicina.az iynə udulması məsələsi gündəmə gəlmişkən, belə halla üzləşdikdə nə edilməli olduğunu araşdırıb.

Əgər kimsə iynə udubsa, o zaman onu təbii ki, təcili olaraq rentgenə aparmaq lazımdır. İynə udan şəxsin uşaqdır ya böyük. Əgər imkan varsa həmin dəqiqə həkimə tələsin. İynənin özünün bədəndən çıxmasını gözləməyin, çünki bu, pis fəsadlara səbəb ola bilər.

Əgər yaxınlıqda həkim yoxdursa və ya həkimə getmək imkanınız yoxdursa o zaman kömək gələnə qədər bir sıra variantları nəzərdən keçirin. Belə olan halda "ölümcül” iynənin bədənə ziyan vurmaması üçün immuniteti minimuma endirmək tələb olunur. Həmçinin də kəskin hərəkətlər və əyilmək də qadağan olunur. Bundan əlavə zərərçəkəni qəsdən qusdurmaq, döş qəfəsinə vurmaq, qarnına basmaq qətiyyən olmaz. Həmçinin əgər iynəni uşaq udubsa, onu tərs çevirərək silkələmək qəti qadağandır.

İynə udduqdan sonra nələrin baş verə biləcəyini dəqiq söyləmək çətindir. Ən təhlükəlisi iynənin ağciyərə və ya ürəyə sancılmasıdır ki, bu zaman cərrahi müdaxilə olmasa ölüm baş verə bilər. Əlbəttə, ölüm bir anın içində baş vermir, bu təxminən bir neçə saat çəkir. İynənin yerləşmə yerini rentgen vasitəsilə təyin etmək lazımdır. İnsan iynə udarkən istənilən halda təcili şəkildə cərraha müraciət etməlidir. Əgər iynə mədəyə düşərsə, onun təbii yollarla bədəndən çıxmaq ehtimalı 80%-dir. Qalan 20% hallarda isə iynə bədəndən əməliyyat yolu ilə kənarlaşdırıla bilər. İynə bədəndən təbii yolla, yəni nəcis vasitəsilə 2 saatdan 3 sutkayadək vaxt intervalında kənarlaşır.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol