• $
  • €
  • ₽
  • ₺
  • £

“Cin girib” və ya adi şizofreniya

“Cin girib” və ya adi şizofreniya
29.05.2020 08:10
2018-ci ili geridə qoymaq üzrə olduğumuz halda, Azərbaycanda hələ də müxtəlif "cin çıxarma” ayinləri ilə bağlı xəbərlər öz aktuallğını itirmir. Təəsüflər olsun ki, bir çox hallarda bu "ayinlər” ölümlə nəticələnir.

Görəsən, ölkəmizdə gündəlik olaraq neçə belə "cinçıxarma” ayinləri keçirilir və niyə insanlar bunu xəstəlik – şizofreniyanın kəskin forması kimi qəbul etmək istəmir, əksinə, xəstəliyi cinlərlə və digər fövqəltəbii varlıqlarla əlaqələndirir?

Bu haqda Oxu.Az-a psixiatr Əzizə Mustafayeva danışıb.

"Şizofreniya mürəkkəb endogen xəstəlikdir və meydana gəlmə səbəbi indiyə kimi məlum deyil. Belə xəstəlikdən əziyyət çəkən insanlarda dünyagörüşü dəyişir, onlar sayıqlama və qarabasmalarla, o cümlədən, dini xarakterli hallüsinasiyalarla üzləşirlər.

Təəssüflər olsun ki, əhalinin müəyyən təbəqəsi yardım üçün psixiatra müraciət etmək əvəzinə,  "cinçıxaranlar” və cin çıxarmağa söz verən digər dələduzlara müraciət edir.

A.Mustafayev müalicənin hansı şəkildə aparılmalı olduğunu qeyd edib:

"Şizofreniyanın müalicəsi tibbi preparatlar və psixososial işin köməyi ilə simptomların korreksiyasına yönəldilməlidir. Pasiyenti buna öyrəşdirmək, həmçinin onun həyat keyfiyyətini artırmağa çalışmaq lazımdır. 

Təbii ki, bu pozuntu ilə yaşayıb-yaratmaq mümkündür. Ən vacibi işinin peşəkarı olan mütəxəssislərin müasir və keyfiyyətli yardımı və xəstənin  yaxınlarının göstərdikləri dəstəkdir. Təəsüflər olsun ki, şizofreniyaya yola açan psixiki problemlər depressiya zəminində meydana gəlir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol