• $
  • €
  • ₽
  • ₺
  • £

Uşağın sağlam olması üçün nə etməli?

Uşağın sağlam olması üçün nə etməli?
21.12.2018 21:00
Bütün analar istəyər ki, uşağı sağlam böyüsün və mümkün qədər az xəstələnsin, ümumiyyətlə isə ağrımasın. Bəs bağçaya, məktəbə gedən uşağı mikrob, virus və müxtəlif  infeksiyalardan qorumaq mümkündürmü?
 
"Əlbəttə mümkündür" - deyə məşhur ukraynalı pediatr Yevgeni Komarovski düşünür.

Anews.az medicina.az-a istinadən təcrübəli pediatrın valideynlər üçün 10 məsləhətini təqdim edir:

Mümkün qədər təmiz hava

Uşağınızı mümkün qədər təmiz havaya çıxarın. Buna görə də televizora, kompyuterə və bənzər qurğulara "yox" deyin, uşağı da götürüb parka, uşaqlar üçün təmiz havada nəzərdə tutulmuş əyləncə mərkəzlərinə yollanın.

Yadınızda saxlayın: qaçmaq, tullanmaq, yellənmək, sürüşmək, futbol oynamaq uşağın "işidir". Deməli onu elə geyindirmək lazımdır ki, aktiv hərəkət edə bilsin və tərləməsin.

Yayda uşağı ən məşhur, elit kurort mərkəzlərinə yox, kəndə aparın. Güclü immunitet üçün təmiz havadan, ağacdan dərilmiş meyvədən, inəkdən indicə sağılmış süddən, çayda çimməkdən və ot üstündə ayaqyalın qaçmaqdan yaxşı heç nə ola bilməz.

Nənə və babayla keçirdiyi yay ərzində yığdığı enerji uşağınıza 1 il üçün bəs edəcək.

"Təmizlik, təmizlik" deyib uşağı bezdirməyin

Yüksək gigiyena qaydaları ilə böyüdülən, təmizliyə öyrəncəli uşaq virus və mikroblar üçün ideal "yer"dir. Az miqdarda toz və çirk onun immun sistemini çökdürə bilər.

Buna görə də gəzməyə gedəndə, alma əlindən yerə düşərsə, onu götürüb salfetlə silin və verin yesin. Qorxulu heç nə olmayacaq.

Apteklərdə satılan dərmanlarla başınızı qatmayın

Çünki bu, bütün hallarda kimyəvi maddələrdən hazırlanır. Çalışın ki, uşaq bütün vacib vitaminləri təbii yolla - meyvələrdən, tərəvəzlərdən, göyərtilərdən əldə etsin.

Uşağı məcburən yedizdirməyin

Əgər uşaq sağlamdırsa, amma yemək istəmirsə, deməli gunah valideynlərdədir. Yemək istəmirsə, uşağa top verin oyansın, qaçsın, tullansın. Onda görəcəksiniz ki, uşaq özü "ana, yemək istəyirəm" deyə qışqıracaq.

Çox şirniyyat yeməsinə icazə verməyin

Tez həzm olan karbohidratlar - bu, kökəlmənin başlanğıcını qoyan ilk şeylərdir. Ona görə də şokoladları, pirojnaları, tortu rədd edin. Koka-kola da həmçinin. Salam olsu almaya, banana, üzümə, heyvaya, nara və digər meyvə-giləmeyvələrə.

Bağırsağının mütəmadi olaraq işlədiyinə nəzarət edin

Daimi qəbizlik, yaxud işləmə uşağın immunitetini zəiflədir. Buna görə də uşağın bağırsağı saat kimi işləməlidir. Belə olması üçün də uşağın rasionunda daima liflər - manna sıyığı, tərəzəvlər, tam taxıl çörəyi olmalıdır.

Uşaq otağını optimal rejimdə saxlayın

Orqanizm üçün ən yaxşı temperatur 20 dərəcədir. Havanın nəmliyi isə 50 faizdən az olmamalıdır. Uşaq otağını tez-tez silməyi, havalandırmağı unutmayın. Bunu xüsusən də uşağı yatmağa aparmazdan əvvəl edin.

Toz yığan hər şeyi - xalça, ağır ədyallar, yumşaq mebeli uşağın otağından mütləq çıxarın. Çünki onlar tez-tez allergiya yaradırlar.

"Uşaq xəstəlikləri"ndən qorxmayın

Çox valideyn uşağı bağçaya qoyub-qoymamaqda tərəddüd edir. Buna səbəb isə onun su çiçəyi, yaxud qızılca olmasından ehtiyat etmələridir. Bundan çəkinmək lazım deyil. Uşaq bağçada olmasa belə, məktəbdə bu infeksiyanı mütləq qapacaq. Uşaq nə qədər böyük olarsa, bu xəstəliyi bir o qədər ağır keçirəcək. Buna görə də "uşaq xəstəlikləri"nin elə lap uşaqlıqda keçirilməsi daha faydalıdır.

Uşağı bağça mühitinə əvvəldən hazırlaşdırın

Onu bağça rejiminə keçirin. Bağça saatında yatırdın, bağça saatında yedirdin. Uşağın başqa uşaqlarla ünsiyyətini məhdudlaşdırmayıb. Tez-tez baba-nənəsinin yanında qalmasına icazə verin.

Belə olarsa, körpəniz bağçaya daha tez alışacaq. Psixoloji stresdən uzaq olacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol