• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda öldürülən iş adamı ilə bağlı - Şok iddia

Bakıda öldürülən iş adamı ilə bağlı - Şok iddia
25.12.2018 17:09
Bir neçə gün əvvəl paytaxtın Xətai rayonunda qətlə yetirilən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı, iş adamı Fariz Vahabovun qətlinın yeni detalları məlum olub.

Fariz Vahabovun seksual manyak olduğu iddia olunur.

Məlumata görə, Fariz Vahabov yaşadığı binanın qadınlarını videoya çəkib, onları şantaj edib. Hətta onun öz həyat yoldaşının da intim videosunu çəkdiyi və həmin videonu digər şəxslərə göndərdiyi də bildirilir.

Bundan başqa, Fariz Vahabovun qadınları şantaj etməklə onlarla intim əlaqədə olması barədə də iddialar var.

Bununla da Fariz Vahabov yaşadığı ərazidə seksual manyak kimi tanınıb.

Bu qətl hadisəsi ilə bağlı həbs olunan olmasa da, hadisənin baş verdiyi ərazidə olan şəxslərin ifadəsi alınıb. Həmin şəxslərin də ifadələrində Fariz Vahabovun seksual manyak olduğunu təsdiqlədikləri bildirilir.

Ərazidə olan kameralar vasitəsilə araşdırma aparılsa da, Fariz Vahabovun qətlini törədən şəxs müəyyən edilməyib.

Qeyd edək ki, dekabrın 20-də Xətai rayonunun Sadıqcan küçəsində Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Fariz Vahabov özünə məxsus "Hunday” markalı avtomobilində naməlum şəraitdə güllələnib.

Fariz Vahabov hadisə yerində ölüb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onun bədənində güllə xəsarəti ilə yanaşı bıçaq xəsarətləri də aşkarlayıblar.

Ehtimal olunur ki, Fariz Vahabov avtomobilində bir neçə nəfərlə mübahisə edib. O, əvvəlcə bıçaq xəsarəti alıb, daha sonra güllələnərək qətlə yetirilib.

İstintaq araşdırması zamanı Fariz Vahabovun ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olması üzə çıxıb. O, nazirlik ləğv edilməmişdən əvvəl orqandan xaric edilib.

O, həmin vaxtdan biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb.

İlkin ehtimala görə, Fariz Vahabov pul mübahisəsi üstündə öldürülüb.


 
Fariz Vahabovu qətlə yetirən şəxs və ya şəxslərin kimliyi müəyyən edilməyib. Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri görülür.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ilkin olaraq cinayət işi başlansa da, iş sonradan alınaraq araşdırılması üçün Bakı şəhər Prokurorluğuna təqdim olunub./Teleqraf.com/

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol