• $
  • €
  • ₽
  • ₺
  • £

Meşələrin girişinə kameralar quraşdırılıb

Meşələrin girişinə kameralar quraşdırılıb
27.12.2018 16:18
Azərbaycanda beş rayonda meşələrin girişində kameralar quraşdırılıb. 

Oxu.Az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, meşələrin girişində quraşdırılan kameralar 24 saat fəaliyyət göstərəcək:

"Günəş batareyası ilə işləyəcək. Zaqatala, Oğuz, Şəki, Qəbələ və Qax rayonunda quraşdırılıb. Kameralar 20 min hektara yaxın ərazidə müşahidə aparır. Onlar vasitəsilə 1600 metrdən konkret hədəf görünür. Kameralar 15 metr hündürlükdə quraşdırılıb, onun çəkdiyi görüntü 48 gün ərzində yaddaşında qalır.”.

Firdovsi Əliyev qeyd edib ki, kameralar həm də yanğınlara nəzarət edəcək:

"İnsan faktoru olmadan bir yanğını kameralardan görəcəyik. Bu da yanğınlara qarşı operativ tədbirlərin göstərilməsinə kömək olacaq. Kənd sakinləri əvvəlcə kameraların quraşdırılmasına etiraz edir, qısqanc yanaşırdılar, amma buna baxmayaraq, meşələrə kameraların quraşdırılması davam edir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol