• $
  • €
  • ₽
  • ₺
  • £

DYP-dən deputatların radar etirazına- Cavab

DYP-dən deputatların radar etirazına- Cavab
19.10.2014 15:30

Milli Məclisin sonuncu toplantısında bir çox millət vəkili radar problemindən şikayətlənib. 

“Qafqazinfo” xəbər verir ki, millət vəkillərinin sözlərinə görə, avtomobillərin tez-tez radarlara düşməsi ciddi məbləğdə cərimələrin toplanmasına səbəb olur ki, bəzən bu cərimənin miqdarı 100-1000 manat arasında dəyişir. Maraqlıdır, millət vəkillərinin radarlarla bağlı narazılığı radarlar və onların tətbiqi ilə bağlı məsələnin yenidən tənzimlənməsinə, bu istiqamətdə hansısa yeniliyin tətbiqinə səbəb ola bilərmi? 

Bununla bağlı açıqlama verən Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev DYP əməkdaşları olaraq sadəcə mövcud qanunların icrasını həyata keçirdiklərini bildirdi: 

“Biz sadəcə mövcud qanunların icrası ilə məşğuluq. Parlament qanunverici orqandır. Qanunverici orqan hansı qanun verərsə, qanunda hansı dəyişikliyi həyata keçirərsə, ona uyğun da icranı həyata keçirərik. Biz ancaq bunu edə bilərik. Amma parlamentdə aparılan müzakirələrlə bağlı başqa hər hansı fikir bildirə bilmərəm”.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol