Avtomobillərə qənim kəsilən şəxs tutuldu

Oğurluqda şübhəli bilinən şəxsin digər cinayətləridə üzə çıxıb.
Anews.az xəbər verir ki, Nəsimi rayon polis idarəsinin əməkdaşları rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən Rəvan Abdulayevi yaxalayıb. Aparılan araşdırmalar nəticəsində onun ayrı-ayrı vaxtlarda bir neçə avtomobildən mobil telefon, kosmetik əşyalar və sənədlər oğurladığı da məlum olub.
Saxlanılan şəxs ilkin ifadəsində törətdiyi cinayəti etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.
www.anews.az
Son xəbərlər 
Daha çox 























