• $
  • €
  • ₽
  • ₺
  • £

Şirkətlər təkzib edir, firmalar mal vermir: Siqaret niyə bahalaşıb?

Şirkətlər təkzib edir, firmalar mal vermir: Siqaret niyə bahalaşıb?
03.01.2019 17:50
Son günlər siqaretin qiymətinin qalxması ilə bağlı müəyyən söz-söhbətlər dolaşır. 

Sputnik Azərbaycan-ın əməkdaşı bütün bunlara aydınlıq gətirmək üçün metronun "Elmlər Akademiyası” stansiyasının qarşısında yerləşən bir neçə köşk və mağazada müşahidə aparıb. 

Metronun qarşısında yerləşən bir neçə mağazanın satıcısı hələ ki, yeni ildə onlara istehsalçı şirkətlər tərəfindən tütün məhsullarının gətirilmədiyini bildirib: "Hələ ki, ötən ildən aldığımız siqaretləri satırıq. Artıq bir neçə gündür mağazaya siqaret istehsal edən firmalar heç bir məhsul gətirmir. Gömrükdə işləyən tanışlarımız deyir ki, aksiz vergisi qalxıb. Yəqin ki, ona görə qiymətlər də artacaq”.

Mağazalardan fərqli olaraq köşklərdə artıq qiymət artımı özünü göstərib. Satıcıların sözlərinə görə, 1.20-2.00 manat olan siqaretlərin qiymətində 10, 2.00 manatdan yuxarı olan siqaretlərin qiymətlərində isə 20 qəpik artım olub.

Yeni ilin ilk günündən etibarən bütün siqaretlərin qiyməti qalxıb. Məsələn, 2.70 manata olan "Kent" hazırda 2.90 manata satılır. Lakin daha ucuz məhsulların qiymətlərində hələ ki, artım olmayıb. Məsələn, qiyməti 1.20 manat və bundan da aşağı olan məhsullar bahalaşmayıb.

Sayt yerli istehsalçıların qiymətlərində artımın olub-olmamasını da öyrənməyə çalışıb. Naxçıvanda yerləşən və yerli tütün məhsullarının istehsalı ilə məşğul olan "CAHAN TOBACCO” Məhdud Məsuliyyətli Cəmiyyətdən (MMC) verilən məlumatda qeyd olunur ki, tütün məhsullarının qiymətlərinin qalxması ilə bağlı şirkət tərəfindən hər hansı qərar verilməyib.

"Ötən ilki qiymət siyasəti hələ də saxlanılır. Bu gündən işə çıxmışıq. Hələ ki, qiymətlər stabildir. Lakin qiymətlərlə bağlı şirkət tərəfindən hansısa qərarın verilib-verilməyəcəyi haqda konkret məlumat verə bilmərik” - deyə "CAHAN TOBACCO”dan bildirilib.

Yerli siqaret məhsullarının istehsalı və ixracı ilə məşğul olan "EUROPEAN TOBACCO-BAKU” Açıq Səhmdar Cəmiyyətindən də bildirilib ki, onların məhsullarında heç bir qiymət artımı olmayıb.

Qeyd edək ki, tütün və tütün məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənmir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol