• $
  • €
  • ₽
  • ₺
  • £

Qazın limiti ilə bağlı əhaliyə vacib xəbər

Qazın limiti ilə bağlı əhaliyə vacib xəbər
03.01.2019 18:50
Qaz sayğacları bəzi yerlərdə hələ də qiyməti 20 qəpikdən hesablayır. "Qafqazinfo”nun verdiyi xəbərə görə, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, hüquqşünas Sahib Məmmədov da bu problemlə qarşılaşan şəxslərdən biridir. 
O bildirib ki, yanvarın 3-də smart sayğaca yüklədiyi qazı sayğac 20 qəpikdən hesablayıb: "Əməliyyat 03 yanvar 2019-cu ildə baş verib. Təxminən 3 saat vaxt itirib mümkün şikayət mexanizmlərindən istifadəyə cəhd etdim. "Azəriqaz"ın heç bir şikayət mexanizmi işləmir. Telefonla əlaqə cəhdləri də boşa getdi. Energetika Nazirliyinə şikayət göndərdim. Dərhal əlaqə saxlayıb araşdırılacağını bildirdilər”.
"Azəriqaz”ın mətbuat katibi İbrahim Kərbəlayev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu cür narahatlıqla qarşılaşan abonentlər "Asan Kommunal”, "Azəriqaz”ın qaynar xətti, sayt üzərindən elektron müraciət formalarından istifadə edərək şikayətini onlara bildirməlidir: "Texniki olaraq belə bir halın baş verməsi mümkün deyil, yanvarın 1-dən etibarən bütün sayğaclar sıfırlanıb. Amma bütün müraciətlər araşdırılacaq və müvafiq cavab veriləcək”.

Qeyd edək ki, Tarif Şurasının qərarı ilə hər il yanvarın 1-dən başlayaraq 170 manatlıq (1700 kubmetr) qaz sərfiyyatına kimi hər kubmetr üçün qiymət 10 qəpik, bu limitdən sonra isə 20 qəpikdən hesablanır


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol