• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvada yaşayan "həci"dən insanlığa yaraşmayan hərəkət - FOTOLAR

Moskvada yaşayan "həci"dən insanlığa yaraşmayan hərəkət - FOTOLAR
03.01.2019 19:25
Rusiyada yaşayan azərbaycanlı leykozdan əziyyət çəkən azyaşlı Aylinin müalicəsi üçün yığılan pulları dələduzluq yolu ilə ələ keçirib.
 
Anews.az  Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə pediatr Günay Rəsulova öz "Facebook" səhifəsində məlumat verib.


Atası həyatda olmadığından leykozdan əziyyət çəkən Aylin adlı körpənin müalicəsinə dəstək üçün açılan hesabdakı məbləğ özünü "Hacı" kimi qələmə verən biri tərəfindən qarət edilib. 


Moskvada yaşadığını bildirən azərbaycanlı gecə saatlarında "Whatsapp"la əlaqə saxlayaraq yardım etmək niyyətində olduğunu yazıb və Aylini xaricə aparmaq üçün hesaba 50 000 AZN köçürmək fikrində olduğunu deyib. 


Yazışmalarla Aylinin dayısının etibarını qazanmağı bacaran "həci" kart və hesab nömrəsi ilə bağlı bütün bilgiləri əldə edib. Hətta hesabı açan şəxsin şəxsiyyət vəsiqəsinin fotosunun şəklini atmağı istəyib.


Ailə səhər kartdan pulu götürmək üçün gedəndə ailə acı bir sürprizlə qarşılaşıb. Aylardır əziyyətlə yığılan pul, ailənin tək ümid yeri olan hesab boş! Bunu görən ailə banka müraciət edib. Aldıqları cavab onlara böyük zərbə olub. Kartdakı məbləğ "online" üsulla hansısa oyunlar üçün köçürülüb. 


Onkoloji xəstə uşağın müalicəsinə yığılan pula göz dikən bu məxluqun nömrəsi budur: +79852706090










www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol