• $
  • €
  • ₽
  • ₺
  • £

“Goranboy qətliamı” ilə bağlı imza toplanır - Təfərrüat

“Goranboy qətliamı” ilə bağlı imza toplanır - Təfərrüat
29.05.2020 01:55
Goranboyun Səfikürd kəndində 7 nəfəri qətlə yetirən Rafiq Hüseynovun ailəsi barəsində imzatoplama kampaniyası başlayıb.

 Axar.az-a yerli sakinlərdən verilən xəbərə görə, kənd camaatı arasında imza toplanıb aidiyyəti orqanlara təqdim olunacaq. Məqsəd qatilin valideynlərinin Səfikürddən birdəfəlik çıxarılmasını təmin etməkdir. Kənd camaatı qətliam törədən bir şəxsin ailəsinin kənddə yaşamasını qəbuledilməz sayır. Məlumatda deyilir ki, bu günlərdə R.Hüseynovun valideynləri polisin iştirakı ilə kəndə gələrək evdə olan-qalan əşyalarını toplayıb, Səfikürdü tərk ediblər. Onların bir daha övladlarının ucbatından kəndə qayıdacağı gözlənilmir. Qatilin anası isə 40 mərasimindən sonra evinə qayıtmaq istədiyini qeyri-rəsmi şəkildə deyib. Ancaq kənddə imzatoplama Hüseynovların Səfikürddə yaşaya bilməyəcəklərini əsaslandırır. Əldə etdiyimiz məlumata görə, hadisə zamanı yaralanan 30 yaşlı Günel Məmmədova ayağından əməliyyat olunması üçün Bakıdakı Travmatologiya İnstitutuna göndərilib. Digər yaralı, 28 yaşlı Natiq Məmmədov isə evə buraxılıb. Onun evində müalicə olunduğu bildirilir. Bununla bağlı ATV-nın aparıcı Zaur Baxşəliyev də çəkiliş aparıb. Qeyd edək ki, oktyabrın 1-də Səfikürd kənd sakini Hüseynov Rafiq Müzəffər oğlunun həyat yoldaşı ailə münaqişəsi zəminində evdən atasıgilə gedib. Bundan sonra R.Hüseynov tüfəng və əl qumbarası götürərək qayınatasının evinə gəlib. Burada o, qapının bağlı olduğunu görüb və həyət qapısından keçərək evə doğru gəlib, qayınını çağırıb. Evdən R.Hüseynovun qayını Natiq Məmmədov çıxıb və onlar mübahisə etməyə başlayıblar. Mübahisə zəminində R.Hüseynov qayınına və digər bir şəxsə tüfənglə atəş açıb. Daha sonra otaqdan səs-küyün gəldiyini görən R.Hüseynov bir neçə nəfərin ona tərəf irəlilədiyini zənn edərək otağa qumbara atıb. Qumbaranın partlaması nəticəsində 5-i qadın olmaqla 7 nəfər həlak olub, 2 nəfər yaralanıb.  ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol