Nardaran sakini qanunsuz saxladığı silahı təhvil verdi

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib.
Daxili İşlər Nazirliyindən Anews.az-a verilən məlumata görə, aparılmış profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Əhməd Həsənov müvafiq sənədləri olan "Phoenix” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.
Sabirabad rayonunun Yolçubəyli kənd sakini Umudvar Bayramov da müvafiq sənədləri olmayan "Tula” markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























