• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda “exchange” işçisinə hücum: 81 min manat oğurlandı

Bakıda “exchange” işçisinə hücum: 81 min manat oğurlandı
29.05.2020 08:04
Bakının Nizami rayonunda valyutadəyişmə məntəqəsinin əməkdaşı soyğunçuların hücumunun qurbanı olub. 

Anews.az Sputnik.az-a istinadən xəbər verir ki, yanvarın 8-də saat 18:20-də Qara Qarayev prospektində 93 nömrəli binanın yaxınlığında iki naməlum şəxs "exchange” işçisi olan 40 yaşlı Bakı şəhər sakini Mirzəyev Anar Əfsər oğluna hücum edib.

Hücum edənlər Mirzəyevin arxasında gizlənərək onun başına ağır küt alətlə zərbə endiriblər.

Qeyd edək ki, hadisə baş verərkən Mirzəyev təzəcə işdən çıxıb evə doğru gedirmiş. Zərərçəkmiş zərbə nəticəsində huşunu itirib. Cinayətkarlar Mirzəyevin əlindəki içində pul olan sellofan torbanı götürərək qaçıb gizləniblər.

Zərərçəkmiş verdiyi ilkin ifadədə torbada 81 750 manat pul olduğunu deyib. Mirzəyev soyğunçuların üzünü görməyib.

Ehtimal var ki, cinayətkarlar "exchange” işçisini izləyərək onun iş qrafiki və hərəkət marşrutunu qabaqcadan müəyyən ediblər. İstintaqın versiyasına görə, hücum edən şəxslər metal predmeti sellofan torbada gizlədiblər və Mirzəyevin başına onunla zərbə endiriblər.

Hazırda Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları şübhəlilərin şəxsiyyətinin müəyyən edilməsi və saxlanması istiqamətində iş aparırlar. Soyğun faktı ilə bağlı cinayət işi açılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol