• $
  • €
  • ₽
  • ₺
  • £

Doğuşdan sonra qadınlar niyə depressiyaya düşür?

Doğuşdan sonra qadınlar niyə depressiyaya düşür?
29.05.2020 10:44
Doğuşdan sonra yaranan yorğunluq və gücsüzlük gənc ananın psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. Doğuşdan sonra yaranan depressiya da bütün dünya üzrə milyonlarla qadını maraqlandıran problemlərdən biridir.

Anews.az medicina.az-a istinadən doğuş sonrası yaranan depressiyanın səbəblərini araşdırıb.

Məlum olub ki, yaranan bu vəziyyətin səbəbi qəfil baş verən hormonal dəyişiklik, doğum səbəbindən yaranan stress, körpənin qayğısına qalma həyəcanı və s. olur. Bu depressiya əsasən öz yüksək həddinə doğuşun 4-cü günü çatır və 14-15-ci günlərə qədər həmin səviyyədə qalır.  

Bu zaman gənc analar dərin qüssə, darıxma və  şəxsi natamamlıq hissi yaşaya bilər. Belə olduqda qadın körpə ilə emosional əlaqə hiss etmir və onun qayğısına qalmaqda çətinlik çəkir.  

Depresiya aylarla uzana, hətta psixoza səbəb ola bilər. Bu zaman körpənin, ananın və ev sakinlərinin həyatı təhlükə altına girmiş olur.
Səbəbləri

Bu narahatlığın əsas yaranma səbəbi qanda olan hormonların səviyyəsinin dəyişməsi olsa da, bir sıra digər amillərdən asılı olaraq da yarana bilər.

•Əsasən uşaqsalma, ölü uşaq doğma və bir sıra çətin doğuşlar səbəbindən meydana çıxır.
•Qadının həyatında daha əvvəldən depressiya yaşanıbsa, o zaman onun doğum sonrası depressiya yaşama şansı yüksələcək.
•Yaxınları tərəfindən kifayət qədər qayğı görməmək
•Uşağın hər hansı bir xəstəliklə dünyaya gəlməsi
•Siqaret çəkmə, alkoqol və narkotikdən istifadə
•Planlaşdırılmayan və ya arzuolunmayan hamiləlik

Qeyd edək ki, qadın depressiv vəziyyətdə olarkən onda özünəqəsd fikri yaransa da, bu, keçici xarakter daşıyır. Əgər bu vəziyyət vaxtında aradan qaldırılmazsa, o zaman qadında psixoza bağlı hallüsinasiya görmə, səslər eşitmə yarana bilər.

Bu vəziyyəti aradan qaldırmaq üçün isə aşağıdakı hallar diqqət yetirilməlidir:

•Maksimum çox yatmaq lazımdır.
•Uşağın qayğısı ilə digər yaxınlarınızın məşğul olmasını təmin edin. İstirahətinizə kifayət qədər vaxt ayırın.
•Hisslərinizi gizli saxlamayın, yaxınlarınızla bölüşün.
•Ev işlərini ideal görməyə can atmayın. Bütün vaxtınızı körpəyə ayırın. Digər işlər gözləyə bilər.
•Kofein tərkibli içkilər və alkoqol qəbul etməyin.
•Qida rasionu sağlam qidalardan ibarət olmalıdır.
•Dostlanızla və həyat yoldaşınızla görüşə, söhbətə vaxt ayırın. Tez-tez gəzməyə çıxın.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol