• $
  • €
  • ₽
  • ₺
  • £

"Cip"lə oğurluğa gedən şəxslərə cəza istənildi

"Cip"lə oğurluğa gedən şəxslərə cəza istənildi
29.05.2020 03:38
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Nurlan Ağayev, Sərhat Əmirov, Mirasəf Kərimli, Novruz Salayev və Mədət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror Ceyhun Budaqov çıxış edib.

O deyib ki, təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilib.

Prokuror Novruz Salayevin 11 il, Sərhat Əmirovun 5 il, Nurlan Ağayevin 5 il, Mirasəf Kərimlinin 4 il, Mədət Hüseynovun isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə iclası yanvarın 18-də davam etdiriləcək.

Rəsmi məlumata əsasən, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Novruz Salayevi saxlayıb.

Müəyyən edilib ki, N.Salayev ətrafına topladığı şəxslərlə birlikdə Suraxanı rayonu ərazisində silsilə mənzil oğurluqları törədib. Əməliyyat tədbirləri nəticəsində qeyd edilən qrupun digər üzvləri - Bakı şəhər sakinləri N.Ağayev, S.Əmirov, M.Hüdeynov və M.Kərimli saxlanılıblar.

Dəstə üzvlərinin cinayət yolu ilə ələ keçirdikləri məişət avadanlıqları və digər qiymətli əşyalar N.Salayevin avtomobili ilə onun yaşadığı evə aparılıb. Oğurluq əşyaların bir qismi elə həmin evdən aşkar olunaraq maddi sübüt kimi götürülüb.

Qeyd edək ki, polis N.Salayevin yaşadığı evə baxış keçirərkən oradan ümumilikdə 4,5 kq-dan çox qurudulmuş marixuana, 3 qrama yaxın heroin, çətənə toxumu və "Maqnum" markalı tapança aşkar olunaraq götürülüb.

Əməliyyat zamanı məlum olub ki, həbs edilən şəxslər oğurluğa "Cip"lə gediblər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol