• $
  • €
  • ₽
  • ₺
  • £

Rüşvət verib ehsan süfrəsi açdılar - Azərbaycanda ilk

Rüşvət verib ehsan süfrəsi açdılar - Azərbaycanda ilk
16.10.2014 15:04

Azərbaycanda bəzi dövlət qurumlarının nümayəndələri yas mərasimlərinə gedərək rüşvət alıb ehsan süfrəsinin açılmasına göz yumurlar.Bunu movqe.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.Millət vəkili bildirib ki, ona bu günlərdə belə bir məlumat verilib ki, dövlət qurumlarından birinin səlahiyyətliləri  ehsan süfrəsinin açıldığı yas mərasimlərindən birinə gedərək rüşvət alıblar:“Məlumata görə, onlara ehsan süfrəsinin verilməsinə şərait yaratdıqlarına görə 200 manat məbləğində rüşvət verilib. Yas mərasimlərində dəbdəbəli ehsan süfrəsinin açılmasına çox təəssüf ki, vətəndaşlar əlavə xərcə düşməklə olsa belə, rüşvət verərək şərait yaradırlar. Yas mərasimlərində dəbdəbəli ehsan süfrəsinin açılmasında çadır mafiyasının rolu böyükdür. Onlar bu kampaniyanın dayandırılması üçün əməlli-başlı mübarizə aparırlar”.Qeyd edək ki, son ay ərzində Azərbaycanda yas mərasimlərində dinin qaydalarına zidd olaraq, təmtəraqlı süfrə açılması ilə bağlı mübarizə aparılır. Dövlət qurumları əhalini bu istiqamətdə maarifləndirir və yas mərasimlərini daha təvazökar keçirməyə səsləyirlər.ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol