• $
  • €
  • ₽
  • ₺
  • £

Ənsənizdə ağrı olur? - Bu xəstəliyin əlamətidir

Ənsənizdə ağrı olur? - Bu xəstəliyin əlamətidir
16.01.2019 16:00
Əgər sizdə 10 gündən uzun çəkən burun axıntısı və yanaşı olaraq baş ağrısı varsa, sinusit xəstəliyindən şübhələnə bilərsiniz. Bu xəstəliyin digər əlamətləri alın, ənsə və üz nahiyəsində olan ağrılardır. 

Medicina.az xəbər verir ki, sinusit üz sümüklərinin arasında yerləşən içi hava dolu boşluqların - sinusların iltihabı deməkdir.
 
Uşaqlarda sinusit xəstəliyi zamanı başlarını tutma, yanaqlarını sıxma, saçlarını çəkmə kimi hərəkətlər müşahidə edilə bilər. Bu xəstəlik zamanı həmçinin uşağın ağzından pis qoxu da gəlir.

Səbəbləri 
 
• Əsas səbəb – virus və bakteriya mənşəli xəstəliklərdir. Bu törədicilər əksər insanların selikli qişalarında mövcuddur, lakin sağlam insanın immun sistemi onların çoxunu zərərsizləşdirir. Xəstə və zəifləmiş insanın organizmində isə mikrobların artmasına imkan yaranır və haymorit də bunun nəticələrindəndir. Törədicilər arasında qrip virusları, xlamidiya, mikoplazma və göbələkləri də qeyd edə bilərik.

• LOR orqanlarının (yəni, boğaz, burun, qulaq) xəstəlikləri. Kəskin və ya xroniki zökəm nəticəsində haymor cibinin keçəcəyinin iltihablaşaraq daralması, seliyin xaric olmasına maneə yaranması və haymoritin inkişafı mümkündür. Angina və farinqit də bu xəstəliyə səbəb ola bilər - boğaz, ağız və burun boşluqları bir-birinə sıx bağlı olan orqanlardır. Bütün bu xəstəlikləri diqqətdən qaçırmayıb, ciddi müalicə olunmaq lazımdır!

• Burun çəpərinin patoloji əyriliyi nəticəsində həm seliyin ifraz olunması, həm də haymor cibinə havanın keçməsi çətinləşir. Bu səbəbə görə əmələ gələn haymorit illərlə davam edir və çətinliklə müalicə olunur. Çıxış yolu isə haymoritin müalicəsi ilə yanaşı əsas səbəbin də aradan qaldırılmasıdır – burun çəpərinin cərrahi yolla düzəldilməsi.

• Diş xəstəlikləri (kariyes, pulpit, periodontit). Buradan infeksiyanın haymor cibinə yayılma ehtimalı yüksəkdir. Xüsusən yuxarı dişlərin xəstəlikləri təhlükəlidir – bunların kökləri bəzən hətta haymor cibinə çatır.

• Müxtəlif allergenlər (toz, qida maddələri, ev heyvanları və s.). Haymoritin bu forması xüsusilə allergiyalı insanlar üçün aktualdır.

• Adenoid (artıq burun əti) həm xəstəlik törədən mikrob mənbəyi, həm də burun daxilində havanın normal dövr etməsinə maneədir. Adenoid səbəbi ilə haymoritin inkişafına daha çox uşaqlarda rast gəlinir.a

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol