• $
  • €
  • ₽
  • ₺
  • £

“Respublika Gənclər Debat Forumu – Payız 2014”-ə hazırlıqlar davam edir

“Respublika Gənclər Debat Forumu – Payız 2014”-ə hazırlıqlar davam edir
16.10.2014 14:41
DVC (Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi) tərəfindən təşkil olunan “Respublika Gənclər Debat Forumu – Payız 2014” - ə hazırlıq çərçivəsində Bakı və Gəncə şəhərlərinin ali təhsil müəssisələrində bir sıra tədbirlər həyata keçirilib.Bakı şəhərinin 5 ali təhsil müəssisəsində gənclər üçün debat təlimləri və ictimai debatlar təşkil olunub. Həyata keçirilən tədbirlərdə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Universiteti, Azərbaycan Kooperasiya Universitetində təhsil alan 500-ə yaxın gənc iştirak edib.Gəncə şəhərində, DVC-nin regionlarla iş üzrə meneceri Canoğlan İlyasovun rəhbərliyi ilə DVC-nin təlim-məşqçi korpusu tərəfindən “Odlar Yurdu” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində təhsil alan gənclər üçün debat təlimləri həyata keçirilib. Təlimlərdə sözü gedən ali təhsil müəsisəsində təhsil alan 150 – dən çox gənc iştirak edib. DVC – nin rəsmisi və Gəncə Regional Debat Mərkəzinin rəhbəri Nigar Ələsgərova arasında işgüzar görüş keçirilib. Görüşdə Gəncə - Qazax iqtisadi rayonunda gənclərin bilik və bacarıqlarının artırılması, təlimlər vaitəsi ilə maarifləndirilməsi və həyata keçirilən tədbirlərdə iştirakının artırılması məsələləri müzakirə olunub.Təlimlər zamanı iştirakçılara natiqlik sənəti, arqumentləşdirmə, tənqidi təfəkkür, komanda işi, kreativ düşüncə kimi bilik, bacarıq və dəyərlər aşılanıb. Təlimlərdə fəal olan iştirakçılar üçün təcrübəli natiqlərin iştirakı ilə ictimai debatlar keçirilib.Məlumat üçün qeyd edək ki, “Respublika Gənclər Debat Forumu – Payız 2014” Azərbaycanın müxtəlif iqtisadi rayonlarının və Bakı şəhərinin ali təhsil müəsisələrində təhsil alan gəncləri əhatə edir. Forum çərçivəsində Azərbaycanın müxtəlif regionlarında gənclər üçün Debat Forumları təşkil olunacaq. Forumlarda uğurlu nəticələr göstərən komandalar Forumun yekun mərhələsində iştirak etmək imkanı əldə edəcək.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol