• $
  • €
  • ₽
  • ₺
  • £

“Hava məlumatına görə nazirliyi qınayanlar var”

“Hava məlumatına görə nazirliyi qınayanlar var”
16.01.2019 20:57
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təhlükəli hidrometeoroloji hadisə ilə bağlı yaydığı məlumat bilavasitə Xəzər dənizi akvatoriyasında gözlənilən təhlükə yarada bilən şiddətli küləklə bağlıdır. Bununla əlaqədar dövlət dəniz adminstrasiyasına, neft şirkətinə və digər dənizdə iş aparan qurumlara 2 gün əvvəldən xəbərdarlıq verilib ki, onlar qabaqlayıcı tədbirlər görə bilsinlər. Bununla da biz üzərimizə düşən vəzifəni yerinə yetiririk”.
Bunu "Qafqazinfo”ya açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. Onun sözlərinə görə, əhali tərəfindən nazirlikdə yaradılan qərargaha daxil olan çoxsaylı zənglərdə hava şəraiti ilə bağlı narahatlıq yarandığından diqqətə çatdırmaq istəyirik ki, ən şiddətli külək və yüksək dalğa açıq dənizdə gözlənilir:
"Yəni, xəbərdarlıq ona görə tam təfsilatı və dəqiqliyi ilə verilib ki, əsasən dənizdə işləyənlər əvvəlcədən vəziyyətin ciddiliyindən xəbərdar olsun və bədbəxt hadisələr baş verməsin. Amma Bakıda və Abşeron yarmadasında da güclü külək əsəcəyi, sulu qar yağacağı, temperaturun 10 dərəcəyədək aşağı düşəcəyi gözlənilir. Temperaturun birdən-birə 10 dərəcəyədək aşağı düşməsi də fəsadlara səbəb ola bilər. İşıq, qaz, kommunal təsərrüfatlar üçün bu bir hazırlıq xəbərdarlığıdır. Biz xəbəri yayırıq ki, əhali gözlənilən kəskin havaya hazırlıqlı olsun. Güclü küləyin olacağı məlumatı da dənizdə işləyənlərlə bərabər şəhərdə istehsalat zonalarında, tikintilərdə işləyənlərə xəbərdarlıqdır ki, qabaqlayıcı tədbirlər görülsün, hündür mərtəbələrdə iş aparılmasın, hündür kranların işi dayandırılsın. Elə vətəndaşların özləri də bilsinlər ki, belə küləkli hava şəraitində ağacların, dirəklərin aşması təhlükəsi yarana bilər, buna görə də ehtiyatlı olsunlar. Belə ciddi hava xəbərdarlığı barədə məlumatı yaymaq vacibdir ki, insanlar, aidiyyəti qurumlar əvvəlcədən hazırlıqlı olsunlar.
Amma eşidirik ki, nazirliyi belə həyəcanlı məlumatı yaymaqda qınayanlar da var. Məncə əsassızdır, çünki insanlar müəyyən təhlükələrdən əvvəlcədən xəbərdar olsa, güclü və çevik olar, gözlənilən təhlükədən özünü qoruya bilər. Yəqin dənizdə neftçilərin güclü külək nəticəsində faciə ilə üzləşməsi hamının yadındadır. Bütün bunların baş verməməsi və insanların işlərini havaya uyğun qurmaları üçün əvvəlcədən xəbərdarlığın verilməsi vacib və zəruridir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol