• $
  • €
  • ₽
  • ₺
  • £

Təbii fəlakətlər hər il Azərbaycana 250-300 milyon dollar ziyan vurur

Təbii fəlakətlər hər il Azərbaycana 250-300 milyon dollar ziyan vurur
17.01.2019 09:05
"Hesablamalara əsasən, Azərbaycan ərazisində təbii proseslərdən dəyən orta çoxillik zərər təxminən 250-300 milyon dollardır ki, bu da ölkənin illik ümumi daxili məhsulunun 0,4-0,5 faizini təşkil edir”.

Anews.az xəbər verir ki, bunu Trend-ə Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib.

Şöbə müdiri bildirib ki, yalnız 2000-2014-cü illərdə təbii fəlakətlər nəticəsində Azərbaycan iqtisadiyyatına orta hesabla 2,5-3 milyard manat ziyan dəyib:

"Respublika ərazisində təbii fəlakət nəticəsində dəyən zərərin həcmi ilk növbədə onun bölgə və yaşayış məntəqələri üzrə əhatəliliyindən, daha sonra isə texnogen proseslərin intensivliyindən, təkrarlanmasından asılıdır. Ən çox zərər yaradan isə geoloji (zəlzələ, sürüşmə, uçqun) və hidrometeoroloji (sel, daşqın, subasma, doluvurma) proseslərdir”.

Alimin sözlərinə görə, respublikada fəaliyyət göstərən sığorta şirkətlərinin nə nizamnaməsi, nə yığım fondu, nə də ümumi kapitalı iri həcmli təbii fəlakətlər zamanı əhaliyə sığorta yardımı göstərilməsinə imkan verir. Bununla belə, təbii fəlakətlər zamanı əhaliyə və təsərrüfat sahələrinə böyük həcmdə zərər dəydikdə dövlət ikinci sığortaçı kimi çıxış edir.

N.Paşayev hesab edir ki, təbii fəlakətlərdən sığortaolunmanın səmərəli ərazi təşkli üçün sığorta növləri inkişaf etdirilməli, çoxnövlü sığorta şirkətlərinin yaradılmasına maliyyə köməyi göstərilməli və digər tədbirlər həyata keçirilməlidir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol