Qadınları fahişəliyə cəlb edən Günel axtarışa verildi

Azərbaycanda qadın alveri ilə məşğul olan şəxs barəsində axtarış elan edilib.
Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən Open.az-a verilən məlumata görə, bu, Gəncə şəhər sakini Günel Bəylər qızı Hüseynovadır.
Günel Hüseynova 1992-ci ildə Daşkəsən rayonunda anadan olub.
Onun barəsində idarəyə bir neçə zərərçəkmiş qadın müraciət edib. Həmin qadınlar müraciətlərində Günel Hüseynova tərəfindən ölkə hüdudlarından kənarda fahişəliyə cəlb edildiklərini bildiriblər.
İdarə tərəfindən Günel Hüseynovanın barəsində axtarış elan edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























