• $
  • €
  • ₽
  • ₺
  • £

Əmircanda toyda dava: yaralılar var

Əmircanda toyda dava: yaralılar var
16.10.2014 09:15
Bakının Əmircan qəsəbəsində toyda dava düşüb.APA-nın məlumatına görə, toya gələn qonaqlar arasında baş verən davada 3 nəfər bir-birini bıçaqlayıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, toyda qonaq qismində iştirak edən qəsəbə sakini Elxan Zahirovla həmyerlisi 25 yaşlı Laçın Qüdrət oğlu Əmirov arasında mübahisə baş verib. Tanışlar toy mağarından ayrılaraq mübahisəni yaxınlıqdakı dəmiryolunun kənarında davam etdiriblər. Mübahisə burda qızışıb. Laçın Əmirov Elxan Zahirovu bıçaqlayıb. Atasının bıçaqlandığını görən Rəsul Elxan oğlu Zahirov üzərində gəzdirdiyi cib bıçağı ilə Laçın Əmirovu vurub. Özünü ayaqda saxlamağı bacaran Laçın əlindəki bıçaqla Rəsula xəsarət yetirib. Hər üç şəxs yaxınlarının köməyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Növbətçi həkim Həsən Tağıyevin verdiyi məlumata görə, hər 3 yaralı dərhal əməliyyat olunub. Əməliyyatdan sonra yaralıların həyati təhlükələri aradan qalxıb. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsində cinayət işi açılıb, araşdırma aparılır.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol