• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərin diqqətinə: Prezident fərman verdi

Sürücülərin diqqətinə: Prezident fərman verdi
18.01.2019 22:20
Yeni qaydalara əsasən, sürücülük vəsiqəsinin müddəti bitəndən sonra onu yalnız ASAN Xidmət mərkəzində dəyişmək mümkün olacaq.


Bu sözləri Axar.az-a ötən gün Prezident İlham Əliyevin bir sıra dövlət qurumlarının səlahiyyətlərinin məhdudlaşdırılması haqqında imzaladığı fərmanı şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib.


"Artıq sürücülük vəsiqələrinin dəyişdirilməsi Daxili İşlər Nazirliyində, pasport qeydiyyat idarələrində və yaxud da Baş Dövlət Yol Polis idarələrində yerinə yetirilməyəcək. Vətəndaşlar vaxtı keçmiş sürücülük vəsiqələrini yalnız Bakı şəhərində və Azərbaycanın inzibati ərazi vahidlərində fəaliyyət göstərən ASAN Xidmət mərkəzlərində dəyişdirə bilərlər. Bundan başqa, Baş Dövlət Yol Polis İdarəsi bir müddət əvvəl beynəlxalq standartlara uyğun yeni sürücülük vəsiqəsinin verilməsi ilə bağlı məlumat yaymışdı. Artıq bunu da ASAN Xidmət mərkəzi həyata keçirəcək”, - ekspert bildirib.


Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, ASAN Xidmətin icra etdiyi funksiyaların digər nazirlik və komitələrdə də paralel şəkildə aparılması ləğv edilib. Belə ki, indiyə qədər ASAN Xidmətlə bərabər, digər rəsmi qurumlarda da paralel xidmətlər göstərilirdi. Bu fərmanla bütün səlahiyyətlər ASAN Xidmətə verilib

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol