• $
  • €
  • ₽
  • ₺
  • £

"Məmurların bahalı xidməti maşınları insanları qıcıqlandırır"

"Məmurların bahalı xidməti maşınları insanları qıcıqlandırır"
19.01.2019 09:34
"Azərbaycanda məmurların bahalı xidməti avtomobilləri insanların qıcığına səbəb olur". 

Bu barədə Unikal.org-a nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. O, ölkə başçısının dünən Azərbaycanda bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanında məmurların xidməti maşınları ilə bağlı maddənin yer almasının məqsədəuyğun olduğunu deyib:

"Bizdə çox təəssüf ki, dövlət qurumlarında məmurlar üçün nəzərdə tutulan avtomobillərin qiyməti, markası və sayı açıqlanmır. Həmçinin qanunvericilikdə də bu tənzimlənmir. Azərbaycanda bu məsələ ilə bağlı yalnız Nazirlər Kabinetinin bir qərarı var. Həmin qərarda yalnız ayrı-ayrı dövlət qurumları üçün nəzərdə tutulan xidməti avtomobillər kvotası göstərilir. Amma, avtomobillərin çeşidi, markası və qiyməti deyilmir. Hesab edirəm ki, bunu ya Nazirlər Kabinetinin qərarı və yaxud prezidentin Fərmanı ilə tənzimlənməlidir. Hazırda isə bu sayla tənzimlənir”.

Ekspert hesab edib ki, bu gün dövlət qurumlarında çalışan məmurlar, dövlət vəsaiti hesabına gəzdikləri əksər avtomobillər kifayət qədər bahalıdır:"Bəzən məmurlar təyinatından da yüksək, bahalı avtomobildə gəzirlər. Tutaq ki, hansısa rayon icra başçısı, hansısa nazirliyin şöbə müdirini gəzdirmək üçün qiyməti kifayət qədər bahalı avtomobillərdən istifadə edirlər. Bu nəyə lazımdır? Axı, indiki dövrdə sözügedən vəzifəlilərin xüsusi dəbdəbəli avtomobillərdə gəzməyə nə ehtiyac var?! Sözügedən məmurlara qiyməti aşağı, müasir tələblərə cavab verən, normal komfortlu avtomobillər verilə bilər. Hesab edirəm ki, bu vəzifəlilərin ən bahalı və konfortlu avtomobillərdə gəzməyə ehtiyac yoxdur. Bu adamlar bahalı avtomobillərdə gəzdikcə bəzən lazımsız dəbdə formalaşdırırlar. Düşünürəm ki, icra başçılarının 7-ci sinif BMW-də gəzməyinə ehtiyac yoxdur. Onlardan da yuxarı olan məmurlar düşünürlər ki, "icra başçısı belə avtomobildə gəzirsə, mən niyə onun avtomobilindən də bahalı maşınla gəzməyim?". Hamı çox gözəl bilir ki, məmurların bahalı avtomobilləri bəzən vətəndaşlarda çox böyük qıcıq yaradır”.

Ərşad Hüseynov  həmçinin deyib ki, bu gün Bakıda fəaliyyət göstərən bəzi dövlət qrumları dövlət vəsaiti hesabına təyinatlarına uyğun olmayan avtomobillərdə alırlar: "Bu nədir? Misal üçün bəzi dövlət qurumları Bakıda idarə etmələri üçün mühərrikin həcmi 6000 kubsantimetrədək olan bahalı "Cip"lər dövlət vəsaiti hesabına alırlar. Paytaxtda "Cip"in nə işi var?. Özüdə həm bahalı və həmdə yanacaq sərfiyatı daha çox!. Əgər dövlət məmuruna yolsuzluq şəraitində də hərəkət edən avtomobil lazımdırsa bunu daha kiçik həcimli, keyfiyətli, ucuz avtomobillərlə də əvəz etmək olar. Amma, Bakıda isə bahalı "Cip" avtomobillərinə ehtiyac yoxdur".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol