• $
  • €
  • ₽
  • ₺
  • £

20 Yanvar günü tankın altında qalaraq ağır yaralanan alim həmin gün vəfat etdi – Acı təsadüf

20 Yanvar günü tankın altında qalaraq ağır yaralanan alim həmin gün vəfat etdi – Acı təsadüf
21.01.2019 11:27
AMEA Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə elmlər doktoru, böyük kimyaçı alim, dəyərli elm adamı, səmimi və mehriban insan İdris Əhmədov vəfat edib.

Anews.az "azrdu.az"a istinadən xəbər verir ki, bu barədə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə doktoru Əfsun Şucayev bildirib. O, vurğulayıb ki, "Qanlı 20 Yanvar" faciəsində ölümlə burun-buruna qalan alim məhz 29 ildən sonra elə bu gün dünyaya vida deyib:

"Bu gün çox üzücü bir xəbər aldıq. Azərbaycan elmi ictimaiyətinə böyük itki üz verib.

Bakı Dövlət Universitetinin Üzvi kimya kafedrasının professoru, AMEA Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə elmlər doktoru, böyük kimyaçı alim, dəyərli elm adamı, səmimi və mehriban insan İdris Əhmədov vəfat edib.

Məlumat üçün bildirək ki, İdris müəllim "Qanlı 20 Yanvar" faicəsinin ağır acısını yaşamış bir insan olmuşdu.

Belə ki, 1990-cı il yanvarın 24-də vəhşiləşmiş, qəddar sovet tankçıları tərəfindən Azərbay­canın görkəmli kimyaçı alimlərinin minik maşının əzib keçmiş və avtomobildə olan kimya elmləri doktorları İbrahim İbrahimov, İsmayıl Mursaqulov, Svetlana Məmmədovanın ölümünə,

İdris Əhmədov və Parlaq Mustafayevanın ağır yaralanmasına səbəb olmuşdur. Uzun müddətli müalicədən sonra sağala bilən İdris müəllim məhz o dəhşətli hadisədən 29 il sonra dünyasını dəyişdi".
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol