• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə Nazirliyi bu dərmanı geri çağırıb

Səhiyyə Nazirliyi bu dərmanı geri çağırıb
21.01.2019 13:05
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən "Wörwag Pharma GmbH and Ko.KG" şirkətinin "Thiogamma®Turbo" infuziya üçün məhlul dərman vasitəsinin 18F103 seriya ilə buraxılmış flakonları geri çağırılıb.

Anews.az xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzindən trend-in sorğusuna cavab olaraq bildirilib. Mərkəzdən deyilib ki, həmin dərmanlar ötən il ərzində geri çağırılıb. Dərmanlar flakonlarda sızma ilə əlaqədar sterilliyin və apirogenliyin pozulması riski əsas götürülərək geri çağırılıb. 2018-ci ilin ikinci yarımilliyi ərzində Mərkəzin Farmakonəzarət sektoru tərəfindən dərman vasitələrinin təhlükəsizliyi üzrə alınmış siqnalların risk-fayda nisbətlərinin araşdırılması nəticəsində Çinin "Zhejiang Huahai Pharmaceuticals" şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasında kanserogen xüsusiyyətlərə malik olan "N-nitrosodimethylamine" (NDMA) maddəsi tapıldığından həmin substansiyadan istifadə edilərək istehsal olunmuş valsartan tərkibli dərman vasitələri geri çağrılıb. Bu siqnal üzrə araşdırmaların davam etdiyi müddətdə həmin dərman vasitələrinin ölkəyə idxalı, topdan və pərakəndə satışı qadağan edilib. 2018-ci ilin ikinci yarımilliyi ərzində Dərman vasitələrinin idxal-ekspertiza şöbəsi tərəfindən mərkəzin laboratoriyasına yönləndirilmiş 16270 sayda (il ərzində 31886 sayda) dərman vasitəsinin analizi aparılaraq müvafiq rəylər verilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol