• $
  • €
  • ₽
  • ₺
  • £

İcra hakimiyyəti 17-18 yanvar hava şəraitinin yekunları haqqında

İcra hakimiyyəti 17-18 yanvar hava şəraitinin yekunları haqqında
21.01.2019 16:23
Yanvarın 17-18-də, iki gün ərzində Bakıda hava şəraiti kəskin şəkildə pisləşib. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti bəzi yerlərdə 40 m/s-yə çatıb.

Anews.az Media.Az-a istinadən xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov əlverişsiz hava şəraitinin hökm sürdüyü günlərdə İH-nin bütün xidmətlərinin 24 saatlıq rejimdə işlədiyini açıqlayıb:

"Söhbət təkcə sıravi işçilərdən getmir, eyni zamanda, şəhər və bütün rayonların rəhbərlərindən gedir. Xüsusi komissiya yaradıldı, İH əməkdaşları gecə ərzində şəhərin potensial "təhlükəli” nöqtələrində üç dəfə monitorinq apardı. Söhbət buz bağlamağa ən həssas yolların olduğu ərazilərdən gedir. Ancaq belə hava şəraiti müşahidə olunmadığına görə hər hansı ciddi problem ortaya çıxmadı”.

Onun sözlərinə görə, şəhər üçün hər hansı qlobal problemin, o cümlədən, maddi problemlərin yaranmasından söz belə gedə bilməz:

"Bakı şəhər İcra Hakimiyyətinin yaşıllaşdırma təsərrüfat birliyinin bitkilərin mühafizəsi şöbəsi 100-dən çox ağacın aşdığını qeydə alıb. Onların bir hissəsi yararsız hala düşüb, qalanlarına qismən ziyan dəyib.

Qismən və ya tam olaraq 10 çəpər dağılıb, güclü küləyin köhnə və ya yarımtikili evlərin dam örtüyünü uçurması ilə bağlı səkkiz hadisə qeydə alınıb. Təhsil müəssisələrindən birinə ziyan dəyib. Güclü külək Bakı şəhərinin Sabunçu rayonunda yerləşən 188 saylı məktəbin damını uçurub”. 

"Günəşli qəsəbəsində blokun üzərində quraşdırılmış su çəni həyətdə duran avtomobillərdən birinin üzərinə aşıb. Sonradan məlum olub ki, köhnə çənin sahibini MKİS işçiləri dəfələrlə xəbərdar etsə də, vətəndaş hər hansı ölçü götürməyib. Güclü gülək çəni elə həmin sakinin avtomobilinə aşırıb”, - deyə İ.Kərimov diqqətə çatdırıb.

O, güclü küləyin Bakının xeyir-şər evlərindən birini dağıtdığını qeyd edib. Səbail rayonunun Bayıl qəsəbəsində isə elektrik dirəyi yük maşının üzərinə düşüb. Bundan savayı, paytaxtın bəzi rayonlarında reklam lövhələri, plakatlar və dayanacaqlar yararsız hala düşüb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol