• $
  • €
  • ₽
  • ₺
  • £

Ürək ritminin pozulması – Xəstəlikdirmi?

Ürək ritminin pozulması – Xəstəlikdirmi?
22.01.2019 21:30
Ürək ritminin pozulması və ya möhkəm döyünməsi – həyəcan doğuran narahat bir hissdir. Amma mütəxəssislər bildirirlər ki, bu cür halın səbəbi həmişə ürək xəstəliyi olmur.
 
Medicina.az sizə qeyri-adi ürək döyünməsinin hansı hallarda ürək patologiyasından xəbər vermədiyini açıqlayır. 

Normal halda insan ürək döyüntüsünü hiss etməməlidir. Amma bəzən bu hal yaşanır ki, həkimlər onu ürək döyünməsi adlandırırlar. Bu zaman ürəkdə qeyri-ritmik döyünmələr və  çırpınma hiss edilir. Mütəxəssislər bildirirlər ki, bir çox hallarda döyünmələr ürək xəstəlikləri ilə əlaqəli deyil. Hər bir insan vaxtaşırı olaraq bu cür vəziyyətə düşə bilər. Ürək sağlam olduqda bu heç bir təhlükə daşımır. Amma bu hal yanaşı olaraq digər əlamətlərlə uzun müddət davam edərsə, o zaman həkimə müraciət edilməlidir.

Ürək döyüntüləri ürəklə bağlı olmasa belə hansısa digər ciddi bir xəstəliyin əlaməti ola bilər. Buna görə də bu əlaməti görməzdən gəlmək olmaz.

Səbəbləri: 

1)Stress. Bu amil ürək ritminin pozulmasının əsas səbəblərindəndir. Emosional zərbə, fiziki gərginlik və uzun müddətli həyəcan ürək döyünməsinə səbəb ola bilər. 
 
2)Çox yorulma, yuxu pozulması da ürəyin işinə təsir göstərir. 

3)Alkoqol. Spirtli içkilərdən həddən artıq istifadə ürək ritminin pozulmasına gətirib çıxarır. Həmçinin sinir sistemi oyadan qəhvə, cola, tünd çay kimi tonuslaşdırıcı içkilər, narkotik də sinir sistemini oyaradaq ürək əzələsinin sürətlə işləməsinə səbəb olur. 

4)Ürək döyünməsinin səbəbi isti və bir sıra dərmanların təsiri də ola bilər.  Bu dərmanlara allergiya əleyhinə olan həblər, kortikosteroidlər və damarları genişləndirən bir sıra preparatlar daxildir.

Ürək ritmini aşağıdakı xəstəliklər də poza bilər: anemiya, qalxanabənzər vəzin hiperfunksiyası, diabet, menopauza. Hormonal balansın pozulması, yüksək hərarət ürək əzələsinə düşən  giziki gərginliyi artıraraq onun ritmini pozur. Həmçinin mədə və 12 barmaq bağırsaq, sinir xəstəlikləri və psixi pozğunluqlar da bu vəziyyətin yaranmasına səbəb olur.  


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol