• $
  • €
  • ₽
  • ₺
  • £

Həbsdə olan Ramin Hacılı Prezident İlham Əliyevə təşəkkür etdi

Həbsdə olan Ramin Hacılı Prezident İlham Əliyevə təşəkkür etdi
22.01.2019 17:54
Həbsdə olan Ramin Hacılı Mehman Hüseynov barəsindəki cinayət işinə xitam verildiyinə görə, ölkə başçısı Prezident İlham Əliyevə təşəkkür edib.

Bu barədə onun feysbuk sosial şəbəkəsindəki hesabında yazılan paylaşımda bildirilir: "R.Hacılı Azərbaycan Avropa Hərəkatının İdarə Heyətindən dövlət başçısı cənab İlham Əliyevə Mehman kimi talantlı Azərbaycan gəncinə sahib çıxdığı üçün təşəkkür etməyi xahiş etdi. Öz işi ilə bağlı hələ ki, heç nə demək istəmədi. Hamıya maddi və mənəvi dəstəyinə görə minnətdarlığını bildirdi, ictimai dəstək təklif edən qurumlardan və dostlardan səbrli olmalarını bir daha rica etdi".

O bildirib ki, artıq siyasi məhbus oyunu quraraq Azərbaycanın dövlət siyasətinə yön vermək istəyən hökumətdaxili qüvvələr ifşa olunmaqdadır. 

"Ramin Hacılı zəng etmişdi. Yaxşı olduğunu və dostlarının nigaran qalmamasını söylədi. Dedi ki, dünən saxlanıldığı Bakı İstintaq Təcridxanasında Mehman Hüseynovla görüşüblər. Mehman yaxşıdı. Hər kəsə salamlarını çatdırmağı istədi. Dedi ki, Mehmanla qucaqlaşdıq, ikimiz də təsirləndik. Ona düz yolda olduğunu, yaxın günlərdə azadlığa qovuşacağını əminliklə söylədim” - deyə, vurğulanıb. 

Qeyd edək ki, Ramin Hacılı ötən ilin iyununda Azərbaycanın dövlət sərhədini qanunsuz keçməyə cəhd maddəsi ilə həbs olunub./İnterpress.az


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol