• $
  • €
  • ₽
  • ₺
  • £

ATƏT PA prezidenti Mehman Hüseynovla bağlı qərara münasibət bildirdi

ATƏT PA prezidenti Mehman Hüseynovla bağlı qərara münasibət bildirdi
22.01.2019 22:08
ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli blogger Mehman Hüseynovla bağlı qərara münasibət bildirib.
Anews.az xəbər verir ki, 57 dövlətin üzv olduğu ATƏT PA-nın prezidenti Mehman Hüseynova qarşı açılmış cinayət işinə xitam verilməsi ilə bağlı Azərbaycan hakimiyyətinin qərarını alqışlayıb. Bu haqda ATƏT PA-nın rəsmi saytı məlumat yayıb.
Tsereteli bildirib: "Bir il əvvəl Mehman Hüseynovu ziyarət edərkən, onun həbsxana şəraitini müşahidə etdim və onun tezliklə azad ediləcəyinə ümid etdim. Dekabr ayında ona qarşı yeni ittihamların irəli sürülməsi mənim dərin narahatlılığıma səbəb oldu və mən bu cinayət işinə xitam verilməsinə çox şad oldum. Mən onun işini yaxından izləyirdim və müntəzəm olaraq parlamentdəki həmkarlarımla və Azərbaycanın bir sıra hakimiyyət orqanları, o cümlədən prezident İlham Əliyevlə müzakirələrimdə də qaldırdım və bu işə ölkə başçısının şəxsən diqqət yetirməsi məni çox sevindirdi”.
Tsereteli əlavə edib ki, Azərbaycanda demokratik islahatlar, xüsusən mətbuat azadlığı və vətəndaş cəmiyyətinin qatqısını artırmaq üçün şərait yaratmaq davam etdirilməlidir.
ATƏT PA-nın rəsmi saytında, həmçinin qeyd edilib ki, ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev də Mehman Hüseynovla bağlı yanvarın 12-də açıqlama verərək bu məsələni Azərbaycanın müvafiq dövlət qurumları ilə müzakirə edib obyektiv araşdırılmasını xahiş edib./Azvision.az/

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol