• $
  • €
  • ₽
  • ₺
  • £

"Boşanmış qadın başqasını sevə bilər" - Komitədən açıqlama

"Boşanmış qadın başqasını sevə bilər" - Komitədən açıqlama
23.01.2019 13:21
Azərbaycanda boşanmış kişilərin keçmiş həyat yoldaşlarına qarşı zorakılıq göstərməsi ilə bağlı faktlarla çox qarşılaşırıq.

Anews.az Oxu.Az-a istinadən xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova boşanmış qadınların ikinci dəfə ailə qurması ilə bağlı problemlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, kişi qadından boşanıbsa, artıq onun üzərində heç bir hüququ yoxdur:

"Kişinin hüququ yalnız uşaqları üzərindədir. Boşanmış qadın başqasını sevə bilər və yenidən ailə həyatı qura bilər. Bu, onun hüququdur. Keçmiş həyat yoldaşının ixtiyarı yoxdur ki, boşanmış arvadının ailə qurmasına mane olsun, onu öldürsün. Təəssüf edirik ki, Azərbaycanda boşanmış kişilərin keçmiş həyat yoldaşları üzərində təzyiqləri, onların yenidən ailə qurmasına mane olması və zorakılıq göstərməsi ilə bağlı faktlarla rastlaşırıq”.

Sədaqət Qəhrəmanova qeyd edib ki, problemin həlli üçün bu istiqamətdə maarifləndirici işlər artırılmalıdır:

"Burada medianın da üzərinə böyük öhdəlik düşür. Bu istiqamətdə maarifləndirici işlər görülməlidir və həmin insanların düşüncələrinə təsir edilməlidir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol