• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandakı “NKVD qəbiristanlığı”ndakı bütün qəbirlərin yoxlanılması başlandı - AÇIQLAMA

Azərbaycandakı “NKVD qəbiristanlığı”ndakı bütün qəbirlərin yoxlanılması başlandı - AÇIQLAMA
23.01.2019 14:35
"Mərhum şair Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümük qalıqları ətrafında müayinələr davam etdirilir. Aparılacaq müayinələrin və müayinə olunacaq obyektlərin miqyası genişlənib”. 

Anews.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Mikayıl Müşfiqə aid olduğu iddia edilən qalıqların araşdırlması üzrə yaradılan işçi qrupun üzvü, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev deyib.


O bildirib ki, hazırda axtarışlar təkcə Müşfiqlə bağlı davam etdirilmir: "Axtarışlar davam etdirilir. Bütün qəbirlər yoxlanılır. Orada təkcə Müşfiqlə bağlı deyil, digər şəxslərə məxsusluğu iddia olunan sümüklər üzərində də iş aparılır. Çünki həmin ərazidə bir çox tanınmış insanlara aid edildiyi iddia olunan sümüklər var. Ərazi  vaxtilə "NKVD qəbiristanlığı” olub. Ona görə də məsələni bir adam üzərində qurmaq doğru deyil”.

Çingiz Abdullayev yoxlamaların nə zaman bitəcəyini də söyləyib: "Güman ki, yoxlamalar iki, ya da üç həftəyə yekunlaşa bilər”.
 

Prezident İlham Əliyev Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş nakam şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Noyabrın 1-də işçi qrupunun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında ilk iclası keçirilib.

İclasda İlham Əliyevin tapşırığına uyğun olaraq işçi qrupuna Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNK analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib. 

Mikayıl Müşfiqə aid olduğu iddia edilən qalıqların aşkarlandığı yer Qaradağ rayonu ərazisində vaxtilə "NKVD qəbiristanlığı” olub. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol