• $
  • €
  • ₽
  • ₺
  • £

Rəsulzadənin yeni barelyefi sabah yerinə asılacaq

Rəsulzadənin yeni barelyefi sabah yerinə asılacaq
23.01.2019 16:27
Məhəmməd Əmin Rəsulzadənin evinin önündən sabah yeni barelyef asılacaq.

 

Bu barədə Modern.az-a Novxanı bələdiyyəsindən məlumat verilib. Bildirilib ki, hazırda bələdiyyə sədri Şahin Tağıyev məsələ ilə şəxsən məşğul olur:


"Artıq barelyef demək olar ki, hazırdır. Mərmərdən düzəldildiyi üçün tamamlanması bir qədər uzun çəkdi. Sədrimiz bu gün barelyefi hazır şəkildə əldə edəcək. Əgər heç bir problem çıxmasa, sabah barelyefin yerinə asılması gözlənilir. Hər halda ən geci yanvarın 25-də Rəsulzadənin yaşamış olduğu evin bayır divarında lövhəsi olacaq”.

 

Xatırladaq ki, yanvarın 15-nə keçən gecə yanvarın 15-nə keçən gecə Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı barelyefi oğurlanıb. 

Baş vermiş hadisəni ilk olaraq Modern.az saytı ictimailəşdirmişdi və Abşeron rayonu Polis İdarəsi araşdırmalara başlamışdı. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq hadisəsini törədənlərin şəxsiyyəti qısa müddətdə müəyyən edilib və qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfər həbs olunub.

 

Məhəmməd Əmin Rəsulzadənin vaxtilə yaşadığı həmin ev uzun müddətdir uşaq bağçası kimi fəaliyyət göstərir. 


Oğurlanmış mis barelyefin həmin yerə 1992-1993-cü illərdə vurulduğu bildirilir.

Xatırladaq ki, ötən illərdə bəzi tanınmış simalar dəfələrlə müvafiq qurumlar qarşısında Rəsulzadənin doğulub, boya-başa çatdığı həmin evin muzeyə çevrilməsi təşəbbüsü ilə çıxış ediblər. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol