• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı dəllək: 27 yaşlı kişini sünnət etmişəm

Azərbaycanlı dəllək: 27 yaşlı kişini sünnət etmişəm
24.01.2019 12:10
Bu gün rayon yerlərində valideynlər hələ də oğlan uşaqlarının sünnət edilməsi üçün dəllək axtarırlar. Hətta bəzən bu işi ailənin ağsaqqalına, başqa ixtisas sahibi olan həkimlərə də həvalə edirlər. Maraqlısı budur ki, həkimlər özü də bu məsələnin hansı üsulla gerçəkləşdirilməsində həmfikir deyillər.

Bir qrup həkimlər oğlan uşaqlarının dünyaya gəldikdən sonra bir neçə aylığında, hətta 40-ı çıxmamış sünnət olunmasını doğru hesab etdikləri halda, digər bir qrup isə tamamilə bunun əksini iddia edir. Onlar düşünür ki, sünnət üçün cinsiyyət orqanının müəyyən qədər inkişaf etməsi lazımdır.

Anews.az xəbər verir ki, Oxu.Az-a uşaq cərrahı Qədir Qədirov deyib ki, sünnət köhnə üsulla aparılmalıdır:

"Uşaqlarda sünnət məsələsinə xüsusi diqqət etmək lazımdır. Çünki çapıq toxuma normal toxuma kimi inkişaf eləmir. Məsləhətdir ki, bu proseduru ya bir yaşa qədər, ya da bir yaşdan sonra gerçəkləşdirsinlər.

Təəssüf ki, bu məsələyə diqqət edilmir. Ya uşaq doğulan zaman sünnət edilir, ya da çox gecikdirilib, məktəb yaşlarına qədər uzadılır. Mən öz praktikamda 27 yaşlı kişini sünnət etmişəm. Bu, doğru deyil. Amma bundan başqa, anadangəlmə anomaliyalar var ki, sidik kanalı aşağıda olur, bunlar istisna hal hesab edilir. Uşaqlara narahatlıq yaratsa da, onun erkən aylarda əməliyyat olunması məsləhət deyil.

Tibdə məsləhət görülür ki, 5-6 yaşdan tez müdaxilə olunmasın. Bu müddət ərzində cinsiyyət orqanı formalaşır və əməliyyatın nəticəsi uğurlu olur. Amma erkən yaşlarda əməliyyat olunan zaman sidik kanalı kiçilir və sidik ifrazı zamanı problem yaranır.

Lazer üsulu ilə damarların yandırılaraq sünnət edilməsi doğru deyil. O şüa azyaşlıların xayalarında gedən prosesi ləngidir. Bu isə gələcəkdə sonsuzluq riskini artırır. Sperm sayının azalmasına səbəb olur. O baxımdan, sünnət valideynlərin hesab etdiyi qədər də asan proses deyil. Onun səliqəli kəsilib, səliqəli tikilməsi məqsədəuyğundur”."Mən, demək olar ki, toplu sünnət prosedurlarını yerinə yetirmişəm. Bir gündə 20-30 uşağı sünnət etmişəm. Mən qoruyucu "zajim” dediyimiz qurğu ilə əməliyyat edirəm. Sünnət steril şəraitdə saxlanılan və bir dəfə istifadəyə yararlı olan soyuq cərrahi bıçaqla aparılır. Bu zaman heç bir qorxusu olmur.

40 ildən çoxdur bu işi görürəm və bilirəm ki, lazer üsulu nə qədər risklidir. Bu gün edilən əməliyyat zamanı uşağa dəyən ziyan özünü 20 il sonra ağır xərçəng xəstəliyi ilə büruzə verə bilər. Odur ki valideynlər diqqətli olsunlar. Pul xətrinə uşaqların gələcəyi ilə oynamaq olmaz”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol