• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və İran birgə avtomobil istehsal edəcək

Azərbaycan və İran birgə avtomobil istehsal edəcək
24.01.2019 20:30
Azərbaycan və İranın müştərək avtomobil zavodu olan "AzerMaş-İKCO” fevral ayının ortalarından Neftçala sənaye parkında "Peugeot” avtomobilinin istehsalına başlayacaq.

Bu barədə "AzerMaş”ın sədri Emin Axundov açıqlama verib.

"Xəzər-Pejo” adlı yeni avtomobillər avtomatik ötürücülər qutusu ilə təchiz olunacaq. "AzərMaş-IKCO” şirkətinin istehsal həcmi ilə 10 min avtomobil olacaq. Birinci mərhələdə (2019-cu ilin sonuna) altı min avtomobil istehsal olacaq. Müəssisənin ilə iki min avtomobil ixrac edəcəyi gözlənilir. Müəssisə 300 nəfəri işlə təmin edəcək.

İlkin mərhələdə "Xəzər” modelindən olan "Khazar SD” və "Khazar LD” avtomobilləri buraxılacaq. E.Axundovun bildirdiyinə görə, "Khazar SD”nin başlanğıc qiyməti 16 min manat, "Khazar LD” isə 18 min manat olacaq.

"Iran Khodro” və onun törəmə şirkəti olan "AzərMash-AzEuroCar” MMC 6 avqust 2016-cı ildə Neftçala sənaye parkında müştərək avtomobil zavodunun yaradılması haqında müqavilə bağlayıb. Layihənin ümumi dəyəri 14,08 milyon dollar qiymətləndirilir. Azərbaycanın investisiya payı 75%, İranın investisiya payı 25% təşkil edir./oxu.az

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol