• $
  • €
  • ₽
  • ₺
  • £

Eldar Mahmudov hələ də AzTV-yə gizli tapşırıqlar verirmiş - sensasion iddialar

Eldar Mahmudov hələ də AzTV-yə gizli tapşırıqlar verirmiş - sensasion iddialar
25.01.2019 09:14
Sabiq nazir hakimiyyətdəki məmurlar, hətta sənət adamları haqda qadağalar tətbiq edib, Alışanovu işdən çıxarıldığı günədək öz adamları vasitəsilə nəzarətində saxlayıb

2015-ci ilin oktyabrında MTN çetesinin ifşasından sonra məlum oldu ki, sabiq nazir Eldar Mahmudov bir sıra nazirlikləri öz nəzarəti altına alıbmış, orada özünün adamlarını yerləşdirərək öz aləmində "dərin dövlət” qurubmuş. Tezliklə bu ifşa bir sıra dövlət məmurunun işdən çıxarılması və həbsi ilə nəticələndi. Amma bu çetenin tam ifşa olunmadığı barədə iddialar hələ də var.

O zaman Eldar Mahmudovun ən yaxın adamları sırasında bu günlərdə işdən çıxarılan AzTV sədri Arif Alışanovun da adı vardı. Məsələn, iddia olunurdu ki, Arif Alışanov Eldar Mahmudov və dəstəsini maliyyələşdirənlərdən olub. Məlumata görə, Arif Alışanovun Eldar Mahmudovun "tələsinə” düşməsinin səbəbkarı kürəkəni Orxan Əkbərov olub.

 

Orxan Əkbərov

Bildirilir ki, Orxan Əkbərov hələ 2012-ci ildə Vaşinqtonda təşkil olunan bir tədbirdən sonra Pensilvaniyaya gedərək Fətulla Gülənlə görüşüb. Onun Fətulla Güləndən bir çox məsələlərdə məsləhət aldığını sübut edən həmin görüşün dəlilləri MTN-ə göndərilib. Bu faktlardan istifadə edən Eldar Mahmudov ildə dövlət büdcəsindən 40 milyondan çox vəsaiti sümürən AzTV şefini "aylığa” otuzdurub. Üstəlik, ona müəyyən adamlar - o cümlədən hakimiyyətdəki məmurlar, hətta sənət adamları haqda göstərişlər verib, onların ekranda görünməsi və təbliğini sifariş edib. Eləcə də bəziləri ilə bağlı da qadağalar tətbiq edib. Amma media bu məsələnin üzərinə də çox gedə bilmədi.

A.Alışanov isə keçmiş milli təhlükəsizlik naziri ilə əlaqələrinin olmadığını "sübut etmək” üçün hətta onun atası akademik Əhməd Mahmudovla bağlı AzTV-nin hazırladığı verilişləri dövlət televiziyasının arxivindən silib. Bu barədə yazan yerli medianın xəbərində deyilirdi ki,  AzTV-nin sədri bu addımı "MTN işi”ndən narahat olduğuna görə atıb.



Amma müəyyən səbəblərdən azadlıqda qalan E.Mahmudov Alışanovu yenə nəzarətsiz buraxmayıb. A.Alışanovun yanına hələ nazir olduğu vaxt bir neçə adamını yerləşdirib ki, onların hazırda "təmizlənməsi” prosesi başlanıb.  Onlardan biri də Alışanovun "sağ əli”nə çevrilən Nadir Axundov olub. Eldar Mahmudovun bacanağı olan N.Axundovun  qohumu nazir olduğu dönəmdə  AzTV rəhbərliyinin qapısını az qala təpiklə açdığı deyilir.    


Yanvarın 24-də "Mədəniyyət” kanalının müdir müavini Nadir Axundovun işdən çıxarılması barədə xəbər yayılıb (qafqazinfo). Amma  sonra bu xəbər təsdiqlənməyib. Virtualaz.org isə yazır ki, N.Axundov hələ AzTV-də işlədiyi müddətdə bir sıra qalmaqallar və rüşvət ittihamları ilə gündəmə gəlib.


İxtisasca fleyta ifaçısı olan N.Axundov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla qohumluq əlaqələrindən istifadə edərək televiziyanı istədiyi kimi idarə edib. Əvvəl AzTV-nin Mədəniyyət Departamentinin rəhbəri olub, amma rüşvət alması ittihamlarından sonra "mədəniyyət” kanalına sədr müavini təyin olunub. Lakin burada da Muğam müsabiqəsi zamanı iştirakçılardan rüşvət alması, münsiflər heyətinin üzvlərini idarə etməsi kimi iddialar səsləndirilib.

"Yeni Müsavat”

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol