• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərenerji”də kütləvi ixtisarlara aydınlıq gətirildi

“Azərenerji”də kütləvi ixtisarlara aydınlıq gətirildi
25.01.2019 14:29
"Azərenerji” ASC bir sıra internet xəbər saytlarında Səhmdar Cəmiyyətdə kütləvi ixtisarların aparılması və bunun qanunsuz olması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Qurumun mətbuat mərkəzinin rəhbəri Teymur Abdullayev Oxu.Az-a açıqlamasında bildirib ki, əslində ötən ilin iyul ayında Mingəçevir şəhərində yerləşən "Azərbaycan” İstilik Elektrik Stansiyasında baş verən qəzadan sonra yaradılan Dövlət Komissiyasının yekun rəyinə əsasən bu müəssisədəki mühafizə postlarından üçü ləğv edilərək nəzarətin həyata keçirilməsi mühafizə polisinə həvalə edilib.

T.Abdullayev bildirib ki, bununla yanaşı hazırda stansiyada perimetr boyu ağıllı kamera və hasarlama işinə başlanılıb. "Mingəçevir” Su Elektrik Stansiyasının iki hissəsini və Mingəçevir Su Anbarını, o cümlədən "Varvara” Su Elektrik Stansiyasını Fövqəladə Hallar Nazirliyi qoruduğu üçün daxildə eyni işi görən mühafizə dəstəsini ən azı ixtisar etməyə ehtiyac var idi:

"Bütün bunlara görə də, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq bir hissə mühafizəçi ştatı ixtisar edilib. Eyni zamanda, ixtisara düşən mühafizəçilərə stansiyalarda müvafiq işlər təklif edilib və onların əksəriyyəti bununla razılaşıblar. Ötən ilin iyulunda baş verən hadisələrdən əvvəl stansiyaların ərazisini mühafizəçilər müşahidə edirdi. İndi isə bütün hər yerdə olduğu kimi, "Azərenerji” ASC-də də ağıllı kamera sistemi qurulur. "Azərbaycan” İES başda olmaqla elektrik stansiyaları strateji obyektlərdir və onların mühafizəsi olduqca mühüm məsələdir. Bu səbəbdən də müasir texnologiyalar əsasında mühafizə və müşahidə sistemini təşkil etmək, mühafizə dəstələrini optimallaşdırıb daha çevik formaya gətirmək günün tələbidir”.

T.Abdullayev deyib ki, "Azərenerji” ASC-nin mərkəzi aparatında təmir işlərinin aparılması ilə bağlı mətbuatda yayılan məlumatlara gəldikdə isə təmir mərkəzi aparatda deyil, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda aparılır: 

"Sovet dövründə tikilən və yararsız hala düşən bu binada nəinki elmi fəaliyyət, heç normal iş şəraiti mövcud deyil. Bu səbəbdən də institutda təmir işlərinə başlanılıb və yaxın zamanlarda həmin bina müasir standartlara uyğun səviyyəyə gətiriləcək”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol