Rusiyada üç azərbaycanlıya həbs cəzası

Rusiyanın Bryansk məhkəməsi Rusiya-Belarus sərhədini qanunsuz keçən üç azərbaycanlı ilə bağlı qərar çıxarıb.
Bununla bağlı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Nəzarəti idarəsinin Bryansk vilayəti üzrə bölməsi məlumat yayıb.
"Hər üç nəfərin Rusiya ərazisinə girişi qadağan edilibmiş. İki nəfər Rusiya vətəndaşı onların ölkəyə girişinə kömək göstərib. Saxlanılan beş nəfər barəsində cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 ay müddətinə azadlıqdan məhrum olunma qərarı çıxarılıb”, - məlumatda bildirilib.
mənbə: oxu.az
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























