• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda autizmli uşaqların sayı artır

Azərbaycanda autizmli uşaqların sayı artır
25.01.2019 22:00
Autizm – ağır psixiki xəstəlikdir. Belə xəstəliklə doğulmuş uşaq ailəsi üçün çətin bir sınaqdır. Son illər ölkəmizdə autizmli uşaqların sayı artır. Lakin ölkədə autizmli övladları olan ailələrə yardımın göstərilməsi ilə bağlı nə hər hansı qanun, nə də Dövlət proqramı var.

Anews.az Media.Az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Qənirə Paşayeva ötən gün parlamentdə etdiyi çıxışda, autizmin son zamanlar təhlükəli forma aldığını və autizmli uşaqların sayının ildən-ilə artdığını vurğulayıb.

Deputatın sözlərinə görə, ona və digər deputatlara az qala hər gün autizmli uşaqlar böyüdən ailələrdən çoxsaylı müraciətlər daxil olur.

"Valideynləri uşaqlarının səhhəti ciddi şəkildə narahat edir. Bu, adi bir xəstəlik deyil, böyük dərddir. Ona görə də hesab edirəm ki, bu xəstəliklə bağlı yenin qanunvericiliyin hazırlanmasına, həmçinin, bu məsələ ilə əlaqədar ictimai dinləmələr keçirməyə ehtiyac var”, - deyə Q.Paşayeva bildirib.

 Həkim-nevroloq Hüseyn Sultanov hesab edir ki, Azərbaycanda autizmin öyrənilməsi və müalicəsi ilə bağlı dövlət proqramı qəbul olunsa, ilk növbədə bu sahəni bilən mütəxəssislərin yetişdirilməsi lazım gələcək. Bu isə ən azından 2-3 il vaxt aparacaq.

"Təəssüflər olsun ki, bu gün Azərbaycanda işləyən psixonevroloqlar autizm problemi ilə elə də yaxşı tanış deyillər. Ona görə də tibbin bu sahəsində yeni savadlı kadrlara ehtiyac var

Azərbaycanda autizmdən əziyyət çəkən insanların statistikasına gəlincə, bu istiqamətdə hər hansı tədqiqat işi aparılmayıb, ona görə hər hansı konkret rəqəmlər söyləyə bilmərik. Misal olaraq onu deyə bilərəm ki, ABŞ və Cənubi Koreyada hər əllinci uşaq bu diaqnozla doğulur.

Təəssüflər olsun ki, belə uşaqlar bizdə də az deyil. Ancaq autizmin hiperdiaqnostika hallarına da rast gəlmək olur (Bu və ya digər xəstəliyin mövcudluğu haqqında səhv tibbi rəy). Yəni uşağa yanlış diaqnoz qoyurlar və valideynlər qızı və ya oğluna qoyulmuş bu diaqnozu təkzib edən bir həkim ortaya çıxana kimi uzun illər bu "damğa” ilə yaşamalı olurlar”, – deyə Q.Sultanov bildirib.

Onun sözlərinə görə, bir vacib məqamı hafizəyə həkk etmək lazımdır: autizm deyilən xəstəlik yoxdur.

"Autizm - əslində, müxtəlif pozuntularının məcmu adıdır. Oxşar simptomları olan çoxsaylı autistik pozuntular və xəstəliklər var ki, onları biz ümumiləşdirib autizm kimi qələmə veririk, Belə oxşar xəstəliklər onlarladır, bu xəstəlikləri ayırd edə bilən həkimlər isə faktiki olaraq yoxdur. 

Autizmlə əlaqələndirilən səbəblər barədə danışırıqsa, bilməliyik ki, belə bir xəstəlik yoxdur. Epigenetik autizm və genetik auitizm var. Sonuncu gendə baş verən mutasiyalarla əlaqəlidir.

Bəziləri autizmi vaksinasiya ilə əlaqələndirir, ancaq bu qeyri-peşəkar yanaşmadır. Bundan savayı, vaksinasiyanın müsbət və mənfi göstəriciləri var. Onları mütləq nəzərə almaq lazımdır. Lakin vaksinasiyanın vacibliyinə də etinasız yanaşmaq düzgün deyil. Məsələn, peyvənd olunmamış uşaq poliomielitdən sağ qalsa belə, ömrünün axırına kimi şikəst olur. Məhz buna görə vaksinasiya haqqında danışan zaman və onu autizmlə əlaqələndirən zaman diqqətli olmaq lazımdır.

Autizmə səbəb olan faktorlardan asılı olaraq, müvafiq müalicə təyin olunur. Patogenik, simptomatik və reabilitasiya müalicəsi mövcuddur. Bu dörd müalicə metodlarından hər biri uşağa qoyulmuş diaqnoz əsasında istifadə olunur”, - deyə Q.Sultanov bildirib.

Övladı autizmdən əziyyət çəkən Ülkər Nəzirova da o fikirdədir ki, autizmdən əziyyət çəkən uşaqlarla bağlı qanun və ya dövlət proqramı mütləq qəbul olunmalıdır.

Onun sözlərinə görə, bu gün dövlət autizmdən əziyyət çəkən uşağa 20 manat yol pulu, 80 manat əlillik təqaüdü ödəyir.

"Bu 100 manatla, əlbəttə ki, dolanmaq mümkün deyil. Üstəlik, bir çox qadınlar belə uşağın doğulmasından sonra işdən çıxmağa məcbur olur. Ona görə də müavinətlər daha yüksək olmalıdır”.

Autizmdən əziyyət çəkən övladı olan ailələr uşağın müalicəsinə daha çox pul xərcləyir. Təkcə bir həkim qəbulu 80 manata başa gəlir, hələ bahalı dərmanları demirəm. Dövlətin bu problemə müdaxilə etməsini gözləyirik”, - deyə Nəzirova fikrini tamamlayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol