• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda süd məhsullarının saxtalaşdırması ilə mübarizə gücləndiriləcək

Azərbaycanda süd məhsullarının saxtalaşdırması ilə mübarizə gücləndiriləcək
25.01.2019 23:00
Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi Azərbaycanda süd məhsulları bazarında saxtalaşdırma problemi ilə ciddi məşğul olmaq niyyətindədir.

Anews.az xəbər verir ki, bunu Trend-ə Süd və Süd Məhsulları istehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Samir Eyyubov deyib.

S.Eyyubovun sözlərinə görə, hazırda qurumlar bu istiqamətdə fəal iş aparır və əsas məqsəd məsələni qaydasına salmaqdır.

Assosiasiya sədri qeyd edib ki, bu problem qlobal miqyas alır və iri və orta müəssisələrə normal inkişaf yoluna çıxmağa imkan vermir:

"Saxtalaşdırılmış məhsul demək olar ki, bütün kateqoriyalarda və geniş assortimentdə təmsil olunur. Bu məhsullar həm ticarət nöqtələrində, həm də küçələrdə satılır, bu amillə mübarizə aparmaq lazımdır. Əminliklə deyə bilərəm ki, ticarət obyektlərində satılan süd məhsullarının 50 faizi bu və ya digər formada saxtadır. Bu göstərici küçə ticarətində bir qədər də çoxdur - 70 faiz. Saxta məhsulun əsasında palma yağı dayanır. Yəni, təzə südün təbii yağı alınır və ayrı şəkildə daha baha qiymətə satılır, onun əvəzinə südə bitki yağı, əksər hallarda palma yağı əlavə olunur. Bu şəkildə də məhsul satışa çıxarılır".

S.Eyyubov əlavə edib ki, saxta məhsullarla mübarizə üçün ilk növbədə keyfiyyətə nəzarəti gücləndirmək və məhsulun markalanması məsələsini qaldırmaq lazımdır ki, məhsul barədə informasiya tərkibi ilə uyğun olsun.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol