• $
  • €
  • ₽
  • ₺
  • £

Zirəddin Rzayev onu ittiham edənlərə cavab verdi - VİDEO

Zirəddin Rzayev onu ittiham edənlərə cavab verdi - VİDEO
26.01.2019 17:49
Moskvada yaşayan azərbaycanlı ektrasens Zirəddin Rzayev Rusiyanın birinci kanalında yayımlanan "Cəhənnəmə gedən” proqramı ilə bağlı bəzi qaranlıq məsələlərə aydınlıq gətirib. 
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, Z.Rzayev həmin proqramda səsləndirdiyi fikirlərdən sonra "Ekstrasens döyüşləri” yarışmasının digər iştirakçılarının onu yalançı adlandırması məsələsindən danışıb. 
"Cəhənnəmə gedən” proqramında Z.Rzayev "Ekstrasens döyüşləri” yarışmasının səhnələşdirilmiş xarakterli olduğunu dilə gətirib. O, fəxrlə yaşadığı evi və sırf şou üçün hazırlanmış kostyumlarla dolu otağı nümayiş etdirib, dünyanın ən bahalı brendinin 195 min 800 rubl (5000 min manat – red.) dəyərindəki jaketini əyninə geyinib.

Daha sonra layihənin finalçıları və qalibləri KİV-lərə məktubla müraciət edərək, Z.Rzayevi yalan danışmaqda ittiham ediblər. 
Z.Rzayev həmkarlarının bu ittihamlarına cavab verərək, həmin verilişdəki açıqlamalarında yalan olmadığını deyib:
"Düşünürəm ki, onlar özlərinin həqiqi sifətlərini, özlərini göstərdilər.Verilişi necə istəyirdilər, elə də montaj edirdilər. Filmlərin harada çəkildiyini necə sübut edə bilərlər? Sizi əmin edə bilərəm ki, bu, montajdır, bunu sübut da edərəm. Bəzi səhnələrdə mənim tapşırığın öhdəsindən gəlmədiyimlə bağlı görüntülər gedib. Orada bir neçə tapşırıq vardı.
Birincisi, mən yanıla bilərəm, hamı yanıla bilər. Əgər yanılıramsa, bu, o demək deyil ki, mən mütəxəssis deyiləm. Bir neçə nəfər oturur və mən onlar haqqında çox şeyi düz deyirəm. Yanlış dediyim hissələri yığıb, efirə verirdilər. Onların əsas məqsədi reytinq, diqqət mərkəzində olmaq və ən əsası reklam idi”.
Sonda ekstrasens onu yalanda ittiham edənləri Allaha tapşırdığını deyib:
"Qoy, onlar böyük gücün qarşısında, Allah qarşısında cavab versinlər! Allah şahiddir, məni tanıyanlar şahiddirlər”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol