• $
  • €
  • ₽
  • ₺
  • £

Bu da DGK-da rüşvət və korrupsiya, cənab sədr !

Bu da DGK-da rüşvət və korrupsiya, cənab sədr !
27.01.2019 10:58
Bakı Gömrük İdarəsi ATEF şirkətinin əlvan metal ixracını qanunsuz sənədləşdirib
 
Prezident İlham Əliyevin korrupsiyaya, inhisarçılığa qarşı elan etdiyi ciddi mübarizədən sonra müvafiq dövlət qurumlarında, o cümlədən, Dövlət Gömrük Komitəsində (DGK ) müsbət dəyişikliklərin baş verdiyi danılmazdır. Ancaq məsələ DGK sədri Səfər Mehdiyevin dediyi "Ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm” kimi sadə deyil. Gömrük sistemindəki rüşvət və korrupsiyanın miqyasını təsəvvür etmək üçün təkcə bir fikrə diqqət edək. Tanınmış iqtisadçı, millət vəkili Vahid Əhmədov son açıqlamasında bildirib ki, gömrük sistemi ötən illər ərzində 27 milyard manatı mənimsəyib. Bu rəqəm dövlət büdcəsinə bərabərdir. Yəni DGK-dakı korrupsiyanın miqyası hamıya bəllidir. Buna görə, ölkə başçısı DGK-nın rəhbərliyində ciddi dəyişikliklər etdi. Ancaq yeni rəhbərliyin eyforiyaya qapılıb DGK-da rüşvətin, korrupsiyanın, monopoliyanın kökünün kəsildiyi barədə dedikləri qeyri-ciddi təsir bağışlayır. Əlbəttə müsbət dəyişikliklər var, amma məsələ üzdə olan kimi sadə deyil.
Əvəllki rüşvət-korrupsiya-monopoliya mexanizmləri dəyişib, yəni yeni modern monopoliya mexanizmləri yaradılıb. "Broker”in adı dəyişib "Loqistika mərkəzi” olub. Bu barədə növbəti yazıda geniş bəhs edəcəyik.
İndi isə cənab DGK sədrinin nəzərinə bir məlumatı çatdırmaq istəyirik.
Cənab Səfər Mehdiyev !
Dünən Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunda ölkədən ixrac edilən əlvan metal yüklü 3 maşın saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Bakı Gömrük İdarəsi həmin yükü rüsumsuz (kodu bilərəkdən dəyişərək) sənədləşdirib və dövlət büdcəsinə xeyli ziyan vurub.
Araşdırma zamanı o da məlum olub ki, həmin 3 maşın əlvan metal ATEF şirkətlər qrupuna məxsusdur.
ATEF-in direktoru Talıb Əlixanbəyovun DGK rəhbərliyi ilə dost münasibətləri var.
Məsələyə aydınlıq gətirmək üçün DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin əməkdaşı Şahin Rzalı ilə əlaqə saxladıq. O, "Məsələni araşdırıb sizə məlumat verəcəyik” desə də günün sonunadək heç bir cavab almadıq.
Məlumat üçün qeyd edək ki, ATEF şirkəti Bakı mayesiz transformatorlar zavodunun bazasında yaradılmışdır. Şirkət 1998-ci ildə özəlləşdirilmişdir. Şirkətin Əmircan qəsəbəsində Bakı yağ transformatorları zavodu var. 2005-ci ildə Qaraçuxur qəsəbəsində şirkətə aid olan bir transformatorlar və elektrotexniki avadanlıqlar zavodu, 2011-ci ildə isə Hövsan qəsəbəsində şirkətə aid olan metal konstruksiya zavodu açılmışdır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.\ NUH.az

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol