• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Türkdilli Dövlətlərin PR mütəxəssislərinin I Bakı Forumuna dəstək oldu

“Nar” Türkdilli  Dövlətlərin PR mütəxəssislərinin I Bakı Forumuna dəstək oldu
28.01.2019 17:24
"Nar” Azərbaycanda keçirilən Türkdilli Dövlətlərin PR mütəxəssislərinin Birinci Bakı Forumuna dəstək olub və telekommunikasiya tərəfdaşı kimi çıxış edib. Forumda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan PR mütəxəssisləri iştirak edib. Üç sessiyadan ibarət olan forumda ictimaiyyətlə əlaqələrin müxtəlif sahələrinə və aktual məsələlərinə dair təqdimatlar olub.  Çıxış edən spikerlər hər bir dövlətin öz məhsulunu dünyanın müxtəlif ölkələrində tanıtması ilə bağlı düzgün PR-ın aparmasından, PR-da strateji yanaşmalardan, Türkdilli ölkələrdə PR-ın vəziyyətindən danışıblar. Eyni zamanda bildirilib ki, hər bir təşkilat və şirkətin uğurlu fəaliyyəti üçün sistemli və davamlı PR fəaliyyətinin aparılması əhəmiyyətlidir. 

"Azerfon”un İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib ki, Türkdilli  Dövlətlərin PR mütəxəssislərinin Birinci Bakı Forumu peşəkarların PR sahəsində yeni tendensiyaları müzakirə etməsi baxımından əhəmiyyətlidir: "Forum Azərbaycan məhsullarının tükdilli ölkələrlə yanaşı, dünyada tanıdılması baxımından vacibdir. Bu cür tədbirlər peşəkar mütəxəssisləri bir araya toplamaqla, həm öz təcrübəmizi bölüşməyə, həm də gələcək addımları müzakirə etməyə kömək edir”.  

Qeyd edək ki, Forumun əsas məqsədi türkdilli dövlətlərin PR mütəxəssisləri arasında əməkdaşlığı genişləndirmək, PR-da strateji yanaşmaları, mövcud problemləri, perspektivləri müzakirə etmək və bu sahənin inkişafına dəstək olmaqdır. 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol