• $
  • €
  • ₽
  • ₺
  • £

"Bağçada iş üçün 1500 manat istədilər"

"Bağçada iş üçün 1500 manat istədilər"
28.01.2019 17:29
"Müəllimləri 1500 manat pul alaraq işə götürürlər, ancaq aylıq əmək haqqı 150 manatdır”. 

Bu sözləri "Qafqazinfo”ya vətəndaş Nəcib İbrahimov "Dəcəllər” bağçasının müdirəsindən şikayətində deyib.

Şikayətçi bildirib ki, o, həyat yoldaşını 1500 manat ödəyərək işə düzəldib:

"Ancaq işlədiyi 9 ay müddətində dəfələrlə maaş ala bilməyib, sonra da xanımımı məzuniyyətə göndəriblər. Müdirə o məbləği verən hər kəsi işə götürür. Müəllimlərlə əmək müqaviləsi bağlanmır. Bağçanın Qaraçuxurda, Ramanada, Binədə, Binəqədiddə və başqa kəndlərdə filialları var”.

Sözügedən bağçanın müdirəsi Vüsalə Hacıyeva "Qafqazinfo”ya açıqlamasında deyilənləri təkzib edib. Bildirib ki, tərbiyəçi öz istəyi ilə bağçadan ayrılıb: "9 ay bu xanım bağçada işləyibsə, deməli, öz problemi olub ki çıxıb. Mən onu çıxarmamışam. Özəl bağçadır, uşaq az olanda mən də bütün müəllimlərə maaş verə bilmirəm. Bu səbəbdən bir dəfə yayda, bir dəfə də qışda məzuniyyətə göndərmişəm. Özü körpə uşaqlı olduğu üçün gedib gəlməkdə çətinlik çəkirdi deyə ayrılıb. Maaşı da 300 manat olub, sənədli şəkildə sübut edə bilərəm. Onların da nə sübutu var, çıxarsınlar ortaya. O ki qaldı iş üçün 1500 manat pul tələb etməyimə, elə söhbət ola bilməz. Hamısı şər-böhtandır”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol