• $
  • €
  • ₽
  • ₺
  • £

Gömrüyün sədrindən sahibkarlara xəbərdarlıq: "Əməkdaşlarımıza rüşvət verməsinlər"

Gömrüyün sədrindən sahibkarlara xəbərdarlıq: "Əməkdaşlarımıza rüşvət verməsinlər"
30.01.2019 12:33
"2018-ci il gömrük orqanları üçün bir çox sahələrdə uğurlu il olub”.

"Report”un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bu gün gömrük əməkdaşlarının peşə bayramı münasibətilə bağlı keçirilən kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, keçən il gömrük sistemində aparılan idslahatlar və bu sahədəki nailiyyətlər bunu deməyə əsas verir: "Xüsusilə də fiskal siyəstdə böyük uğurlar əldə edilib. Ötən il büdcə ödənişlərin öhdəliyini 1 milyard manatdan artıq həyata keçirilməsi komitənin ən böyük uğurlarından biridir”.

S.Mehdiyev bildirib ki, ötən il gömrükçülər 1,2 tona qədər narkotik vasitə aşkar edib ki, bu da ölkənin gömrük sisteminin tarixində rekord göstəricidir. Müsadirə edilmiş narkotikanın böyük hissəsi heroin olub.

Bundan başqa, DGK sədrinin sözlərinə görə, bu gün gömrük sistemində kadr islahatları öz nəticəsini verməkdədir: "Bir neçə gömrük inspektorunun eyni işi görməsinə, "ötür-ötür” oynamasına son qoyulub. Bu gün demək olar ki, bütün kadrlar öz yerindədir”.

S.Mehdiyev vurğulayıb ki, ötən il bir neçə gömrük əməkdaşı tutduğu vəzifəyə və daşıdığı rütbəyə hörmətsizlik edib, rüşvət və korrupsiyaya bulaşıb: "Ancaq onlar bu gün gömrük sistemində yoxdurlar və hüquq mühafizə orqanlarında işlərinə baxılır, onlara qarşı cinayət işi açılacaq. Düşünürəm ki, bu, digər əməkdaşlara da bir siqnal olmalıdır. Belə əməkdaşlar, öz işinə və peşəsinə hörmət etməyən adamlar bizim sıralarımızdan gedəcək”.

Onun sözlərinə görə, rüşvət almağa cəhd edən gömrük əməkdaşları qanun qarşısında cavab verəcəklər: 

"Belə hallar bu gün də var. Bu məsələni komitə ciddi araşdıracaq. Belə halların qarşısı qısa müddətdə alınmalıdır. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam edəcək. Bəzi gömrük əməkdaşları iclaslarda xəbərdarlıqlarımıza baxmayaraq, gömrük andına sadiq qalmadılar və bu işə xələl gətirdilər. Biz bu sahədə qəti addınlarımızı bu il də atacağıq. 

Tamahını idarə edə bilməyənlər bizim aramızdan gedəcək, özü də çox pis şəkildə gedəcək. Sahibkarlara müraciət olunub ki, əməkdaşlarımızı korrupsiyaya və rüşvətə cəlb etməsinlər. Sahibkarların rüşvət təklifləri ilə bağlı xüsusi əməliyyatlar keçiriləcək. Sahibkarlar bu cür hallardan əl çəkmək istəmir. Cari ildə də belə faktlar mövcuddur. Bu sahədə ciddi tədbirlər görüləcək və icraçılar aidiyyatı qurumların rəisləri olacaq".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol