• $
  • €
  • ₽
  • ₺
  • £

Tarixin iki türk sərkərdəsi - Çingiz xan və Əmir Teymurun fərqləri

Tarixin iki türk sərkərdəsi - Çingiz xan və Əmir Teymurun fərqləri
30.01.2019 21:00
Dünya tarixində Çingiz xan və Əmir Teymur kimi türk sərkədələri böyük iz qoyublar. Orta Əsrlərdə taxta çıxmaq üçün Çingiz soyundan gəlmək şərt sayılırdı. Əmir Teymur da Çingiz xan soyundan gəlirdi və onun kimi bir çox əraziləri tutub böyük imperiya yaratmışdı.
Tarixçi-alim Əkbər Nəcəf bu iki türk sərkərdəsinin fərqli və oxşar cəhətlərindən"Ölkə.Az"a danışdı.

Çin xaricində Teymur da Çingiz xan qədər əraziləri zəbt etdi. Ancaq Teymurun Çingizdən fərqi tərbiyəsi idi. Çingiz ac bir ulus üçün dünya, əsasən də İslam coğrafiyasının sərvətinin qapılarını açarkən, Teymur Çingizin görməmiş əmirlərini və məmurlarını sələfindən daha qəddar təbirlərlə tərbiyə etmək məcburiyyətində qaldı. Teymurun tək istinatgahı Çingiz kimi, sadəcə, törə/yasaq deyildi. O, eyni zamanda İslam şəriatının hökmlərinə də əməl etmək məsuliyyətini daşıyırdı. Qılıncla yontub, İslamla cilalamaq prosesində Teymur ordu ilə üləma arasında "ədəbi ittifaq” yaratmağa cəht etdi. Tərəzinin bir tərəfində əsgər, digər tərəfində alimin dayandığı Teymurun nizami-aləm anlayışında memarlıq ən ideal həyat anlayışı idi. 

Teymur tikdirdiyi xariqüladə əsərlərə layiq insan cinsi inşa etmək istəyirdi. Acı dili ilə üləmanı tənqid edib onların radikal elmi illuziyalarını dünyəviləşdirməyə çalışarkən, hərəsi bir dərəni tutmuş ipə-sapa yatmayan saysız bəyləri də "Tanrı xofu” ilə islah etməyə çabaladı. Ancaq Çingiz kimi Teymur da çox ibtidai idi. Qorxu ilə istehsal etdiyi dövlətinin hökmdarı olmağa belə özünü layiq bilməyən Teymurun iqtidarı inandırıcılığını hələ başında itirmişdi. Çingiz "Tanrı adına danışırdı”, Teymur isə "Tanrı adına danışanın adından danışdığını” iddia edirdi.
Teymurun işi hərbi baxımdan Çingiz xandan asan, külfəti isə ondan iki qat çoxdu. Çingiz zəngin bir dünyanı çapıb-talayarkən, Teymurun istila etdiyi dünya hər baxımdan kasıblamışdı. Çingizin tək dəstəkçisi vardı: Gök Tenqri. Dəmir kimi bir inanc və sarsılmayan bir iradə ilə Gök Tenqrinin yerdəki ən sadiq xəlifəsi olmaq üçün yaşadı. Teymur da onun qədər sarsılmaz iradə sahibi olsa da ironik bir iman anlayışına sahibdi. Məzhəblərə və onların şeyxlərinə gərəyindən artıq etibar etmədi. Halbuki Çingiz şamanların sözündən heç çıxmazdı.

Teymurun ən böyük dəstəkçisi təbiət idi. 1350-ci ildə hər yerdə tüğyan edən qara ölüm Teymur üçün zəif bir dünya hazırlamışdı. Teymurun ələ keçirdiyi yerlərin çoxunu qara ölüm çoxdan işğal etmişdi. Teymurun dünyası onun kimi topal idi. Vəba üç qitəni Teymurun səltənətə çıxdığı 1370-ci ilə qədər xeyli səssizləşdirmişdi. Təbiət onun düşmənlərini fizikən əzərkən, Teymur cismən məhv etdi. Teymur təbiətin əmiri olduğundan Gök Tenqri adına şahlıq iddia edə bilməzdi. O, tarixin gördüyü ən böyük fateh və ən "soysuz hökmdar”dı. Bəlkə də "soysuz”luğunu üzünə vuran İbn Xəldunun bütün yalvarmalarına baxmayaraq Şama rəhm etmədi. Rəvayətə görə, Teymurla görüşündə böyük alim onun könlünü ələ alsa da, nəsil şəcərəsinin Babil hökmdarı Nəbud-Nəsərə gedib çıxdığını iddia etməklə qarşısındakını gərəkdiyi qədər alçaltmışdı. Babilli olmaq dillərin və kimliklərin mədəni sahibi olmaq deməkdi. Teymur isə qara ölümün yaratdığı, sadəcə, bir "əmir"di.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol