• $
  • €
  • ₽
  • ₺
  • £

Evdə əxlaqsızlıq yuvası təşkil etdi, müştərinin intim videosunu çəkib şantaj etdi - Azərbaycanda

Evdə əxlaqsızlıq yuvası təşkil etdi, müştərinin intim videosunu çəkib şantaj etdi - Azərbaycanda
30.01.2019 15:42
Kişini intim fotoları ilə şantaj etdiyinə görə həbs edilən Əlizamin Abıyev azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.

"Ölkə.Az" bildirir ki, Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə məhkum olunan Ə. Abıyevin məhkəmə prosesi Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Quliyevin sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, ittiham aktına əsasən, 2014-cü ildə Emin Allahverənov gəlir əldə etmək məqsədilə Sumqayıt şəhərində kirayələdiyi mənzildə istintaqa məlum olmayan tanışını - M.N (ad şərtidir) adlı qadını müxtəlif kişilərlə görüşdürmək üçün əxlaqsızlıq yuvası təşkil edib. O, həmin qadının adı ilə "Odnoklassniki”də müştərilərlə əlaqə saxlayıb. Sosial şəbəkədə M.N-ın (ad şərtidir) toruna isə ilk Göygöl rayon sakini Ramil İsmayılov "düşüb". 

E.Allahverənov həmin şəxslərin görüşünü təşkil edib və bunu kompüterin videokamerası ilə gizlicə lentə alıb. O, hadisədən bir qədər sonra qrupun digər üzvü Ə.Abıyevlə birlikdə R.İsmayılova hədə-qorxu gələrək ondan pul tələb edib. Əks halda videogörüntüləri müxtəlif internet saytlarında, ailə üzvləri və tanışları arasında yayacaqları ilə hədələyiblər. Hər iki şəxsin hədələrindən bezən R.İsmayılov Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edib. 2014-cü il iyul ayının 3-də E.Allahverənovla Ə.Abıyev R.İsmayılovdan 600 manat alarkən idarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar. 2015-ci il avqust ayının 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Abıyev 7 il, E.Allahverənov isə 8 il müddətinə azadlıqdan məhrum edilib

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol