• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 500 min nəfər təhlükədədir

Azərbaycanda 500 min nəfər təhlükədədir
31.01.2019 10:54
Hazırda Azərbaycanda əhalisi 500 min nəfərdən çox olan 344 yaşayış məntəqəsi və yüzlərlə təsərrüfat obyekti sürüşmə təhlükəsi altındadır.

Anews.az-ın məlumatına görə, bunu Trend-ə tədqiqatı aparmış Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev deyib.

Alim bildirib ki, Azərbaycanda sürüşmələrin mütəmadi olaraq təkrarlandığı, əhaliyə və təsərrüfata güclü ziyan vurduğu rayon və şəhərlər İsmayıllı, Ağsu, Şamaxı, Quba, Qusar, Bakı və Mingəçevir daxildir. Bu ərazilərdə il ərzində düşən yağıntıların miqdarı 150-200 mm-dən 600-1000 mm-ə qədər, seysmiklik isə 8-9 bal təşkil edir. Hər il sürüşmə nəticəsində həmin ərazilərdə iqtisadiyyata 6-10 milyon manat həcmində ziyan dəyir.

N.Paşayev qeyd edib ki, sürüşmələrin vaxtaşırı təkrarlandığı, əhaliyə və təsərrüfata daha çox ziyan vurduğu rayonlara Xızı, Şabran, Siyəzən, Qobustan, Şahbuz, Culfa, Lerik, Yardımlı daxildir. Burda əhalisi 51,4 min nəfər olan 80 yaşayış məntəqəsi daim sürüşmə təhlükəsi altında fəaliyyət göstərir. Bu ərazilərə sürüşmələrdən il ərzind orta hesabla 4,5-6 milyon manat ziyan dəyir.

Alimin sözlərinə görə, Azərbaycanda sürüşmələrin 2-3 ildən bir təkrarlandığı, əhaliyə və təsərrüfat sisteminə çox ziyan vurduğu sürüşmə rayonuna Samux, Göygöl, Gədəbəy, Daşkəsən, Ordubad bölgələri daxildir:
"Rayon ərazisində antropogen fəaliyyətin genişlənməsi ilə əlaqədar sürüşmələr də getdikcə areallarını genişləndirir. Burada hazırda əhalisi 39,3 min nəfər olan 37 yaşayış məntəqəsi sürüşmə təhlükəsi altındadır".

N.Paşayev əlavə eib ki, Azərbaycanda sürüşmələrin 3-5 ildən bir təkrarlandığı, əhaliyə və təsərrüfat sisteminə orta dərəcədə ziyan vurduğu rayona Tovuz, Qazax, Lənkəran, Goranboy, Qəbələ, Şəki bölgələri daxildir. Bu rayonda hazırda 18 min nəfər əhalisi olan 25 yaşayış məntəqəsi sürüşmə riski altındadır.

Tədqiqatçı qeyd edib ki, sürüşmələrin 5-6 ildən bir təkrarlandığı, əhaliyə və təsərrüfat sisteminə az ziyan vurduğu rayona Astara, Masallı, Xaçmaz, Zaqatala, Balakən, Oğuz, Abşeron, Cəlilabad, Şərur və Kəngərli əraziləri daxildir. Hazırda bu ərazilərdə əhalisi 37,1 min nəfər olan 23 yaşayış məntəqəsində sürüşmə prosesi yayılıb.

N.Paşayev bildirib ki, Azərbaycanda sürüşmələrin 6-10 ildən bir təkrarlandığı, əhaliyə və təsərrüfat sisteminə çox ziyan vurduğu rayona Sədərək bölgəsi və Aran iqtisadi rayonun ərazisini kəsib keçən Kür və Araz çaylarının hövzələri aiddir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol