• $
  • €
  • ₽
  • ₺
  • £

Alışanova sui-qəsddə təqsirləndirilənə güzəşt

Alışanova sui-qəsddə təqsirləndirilənə güzəşt
31.01.2019 18:16
AzTV-nin sabiq sədri Arif Alışanov və onun ailə üzvlərinə qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilən Şücaət Əkbərovun cəzası azaldılıb.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, onun hökmdən verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Vidadi Cəfərovun icraatında olan prosesdə baxılıb.
Qərara əsasən, Ş. Əkbərovun cəzası 18 ildən 16 ilə, Zöhrab Şirinovun cəzası isə 16 ildən 14 il 6 aya endirilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hökmü ilə Şücayət Əkbərov 18 il, Qoçəli Cəbiyev 17 il, Zöhrab Şirinov 16 il və Aqşin Hüseynov 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. A.Hüseynov cəzasını başa vurduğu üçün məhkəmə zalından azadlığa buraxılıb. İttihama görə, Ş.Əkbərov 2013-2017-ci illər ərzində A.Alışanovun Bakı şəhəri və Şamaxı rayonunda yerləşən əmlaklarını ələ keçirmək üçün Müsabi Namazov, Qoçali Cəbiyev və Zöhrab Şirinovla birlikdə silahlı mütəşəkkil dəstə yaradıblar. Bir qədər sonra A.Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu və Hacı Babayevin idarə etdiyi "Toyota Land Cruiser” markalı 99 - AA - 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd- Şamaxı şossesində hərəkətdə olarkən yüksək sürətlə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb. Q.Cəbiyev telefonla Z.Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, A.Alışanovun içərisində olacağı avtomaşını markası, rəngi, dövlət nömrə nişanı barədə məlumat verib.
Lakin A.Alışanov gözlənilmədən "Land Cruiser”ə deyil, Ş.Əkbərovun idarə etdiyi "NİVA” markalı 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Ş.Əkbərov bu barədə dəstə üzvləri Q.Cəbiyev və Z.Şirinova xəbər verə bilməyib. Zöhrab Şirinov avtomaşını idarə etdiyi "NİVA” markalı, 99-FD-207 dövlət nömrə nişanlı avtomaşınla Çuxuryurd kəndindən keçib Şamaxı şəhərinə doğru hərəkət edən "Toyota Land Cruiser” markalı maşını bir neçə dəfə arxa sol və orta hissəsindən vuraraq yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyərək idarəetməni itirib. Daha öncə dəstədən ayrılan Musabi Namazov sui-qəsd planı barədə polisə məlumat verib və keçirilən əməliyyatla Ş.Əkbərov, Q.Cəbiyev, M.Namazov, A.Hüseynov və Z.Şirinov saxlanılıb. M.Namazov polisin nəzarətinə verilməklə azadlıqda qalıb, digərləri barəsində həbs qərarı verilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol